Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ “Google” şirkətinə qarşı hərəkətə keçdi


ABŞ-ın internet nəhəngi “Google” “Chrome” brauzerini və reklam sahəsinin bir hissəsini itirə bilər.
“Politico” nəşrinin verdiyi məlumata əsasən, müvafiq məsələ ABŞ Ədliyyə Nazirliyinin və ölkənin baş prokurorluğunun nəzarətindədir.
Gündəm olan mövzu ABŞ Konqresinin dörd IT nəhəngi - “Amazon”, “Apple”, “Facebook” və “Google”a qarşı inhisar əleyhinə istintaqın nəticəsidir.
Daha öncə Konqres adları sadalanan şirkətlərə qarşı aparılan araşdırmanın nəticələrinə uyğun tövsiyə xarakterli sənəd dərc edib. Bu, dinləmələrə, müsahibələrə və təxminən 1,3 milyon sənədin araşdırılmasına əsaslanan 450 səhifəlik sənəddir.
Ədliyyə Nazirliyinin bir neçə həftə ərzində “Google”a qarşı iddialarla bağlı rəsmi dinləmələr keçirəcəyi gözlənilir. Şirkətin “Chrome”u və reklam sahəsini satmaq məcburiyyətində qalmasının əsas səbəbi brauzerdə üçüncü tərəfi dəstəkləməkdən imtina etməsi, həmçinin “DoubleClickBidManager” reklam alətini almaq üçün avtomatlaşdırılmış platforma olmasıdır (bütün “Google Analytics 360 Suite” məhsulları ilə tam inteqrasiya olunub).
Konqresin hesabatında ABŞ-da kompüterlərdən edilən axtarışların 81%-nin, mobil cihazlardan isə 94%-nin “Google Chrome”un payına düşdüyü aşkar edilib.
Şirkət onlayn reklam bazarının 37,2%-nə nəzarət edir. Şirkrətin 2019-cu il üzrə gəliri təxminən 130 milyard dollar olub.
“Google” öz məhsullarının təşviqində ittiham olunur. 

/oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10