Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət olunub


“Vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir”
 
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sentyabr ayının 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq sığorta şirkətlərinə müraciət edib.
 
ASA-dan verilən məlumatda qeyd olunub ki, mövcud hərbi vəziyyəti, eyni zamanda, bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır: “Sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda, sığorta təminatı nəzərdə tutulmasa da, işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə köməklik göstərilsin”.
 
“Məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, - deyə müraciətdə bildirilib.
 
ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10