Deputat: “Banklar ya hərbçilərə verilən kreditləri tamamilə bağlamalı, ya da heç olmasa, döyüş əməliyyatları zamanı geri qaytarılmasını tələb etməməlidir”
Böyük Britaniyada, İkinci Dünya Müharibəsi zamanı, Uinston Çörçil hökuməti hərbçilərin bank borclarını dondurdu. Müharibə boyu bankların hərbi personaldan kredit tələb etməsinə icazə verilmədi. Bu qadağa yalnız İkinci Dünya Müharibəsi bitdikdən sonra ləğv edildi.
Qarabağda hərbi əməliyyatların bərpası ilə Azərbaycanda qismən səfərbərlik elan edildi. Bir çox insan isə çağırışı belə, gözləmədən cəbhəyə könüllü yollandı.
Onların bir çoxunun ailələri, eləcə də... bank kreditləri var. İndi banklarımız necə davranacaq? Orduda olan və hazırda ölkəmizin ərazi bütövlüyünü qoruyanlara münasibətdə hər hansı bir imtiyaz tətbiq edəcəklərmi?
“AF bank”ın nümayəndəsi deyi ki, bank bu mövzuda hər hansı bir qərar verərsə, onlar mütləq bir press-reliz hazırlayıb, ictimaiyyəti bu barədə məlumatlandıracaqlar: “İndiyə qədər bu məsələ ilə bağlı bir qərar yoxdur”.
Onlara borcu olan hərbçilər üçün güzəştlər, bu yaxınlarda “Yelobank” adını alan “Nikoilbank”-da, “Kapitalbank”-da, həmçinin Azərbaycan Beynəlxalq Bankında da tətbiq edilməyib. Bu barədə bizə məlumatı adıçəkilən bankların nümayəndələri veriblər.
Milli Məclis üzvü Vaxid Əhmədov hesab edir ki, banklar ya hərbçilərə verilən kreditləri tamamilə bağlamalı, ya da heç olmasa, döyüş əməliyyatları zamanı geri qaytarılmasını tələb etməməlidir: “Bu məsələ Milli Məclisdə qaldırılmalıdır”.
ayna.az

Azərbaycan Banklar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Xəyalə Allahverdiyevanın dediyinə görə, Azərbaycan bankları hərbi personalla bağlı heç bir güzəşt tətbiq etməyib.
“AF bank”ın nümayəndəsi deyi ki, bank bu mövzuda hər hansı bir qərar verərsə, onlar mütləq bir press-reliz hazırlayıb, ictimaiyyəti bu barədə məlumatlandıracaqlar: “İndiyə qədər bu məsələ ilə bağlı bir qərar yoxdur”.
Onlara borcu olan hərbçilər üçün güzəştlər, bu yaxınlarda “Yelobank” adını alan “Nikoilbank”-da, “Kapitalbank”-da, həmçinin Azərbaycan Beynəlxalq Bankında da tətbiq edilməyib. Bu barədə bizə məlumatı adıçəkilən bankların nümayəndələri veriblər.
Yalnız “Bank Respublika”dan öyrəndiyimizə görə, bu bankın müştərisi olan hərbçilərə güzəştlər tətbiq olunur. Təəssüf ki, bank nümayəndəsi həmin güzəştlərin nədən ibarət olduğunu izah etməyib.