Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”


Prezident Donald Trampın Cənubi Qafqazda bir neçə həftədir davam edən münaqişə barədə susması ABŞ-dakı erməni icmasını narahat edib.
Bu barədə “The Hill”də dərc olunan məqalədə bildirilib.
Məqalədə bir qrup erməni amerikalıların Trampın sükutuna etiraz olaraq Ağ Evin qarşısında toplandığı xatırladılıb və oradakı aksiya iştirakçılarının narazılığı haqqında danışılıb:
“Trampın barışığa çağıran ən azı bir “tweet”i… və bu anda Ermənistanı dəstəkləməkdən belə danışmırıq… Hətta bu belə olmur”, - deyə aksiya iştirakçıları bildirib.
Məqalədə ABŞ prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin möhkəmləndirdiyi vurğulanıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10