Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tacikistanda prezident seçkilərində Emoməli Rəhmon qalib gəldi


Tacikistanda bazar günü keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyor Xudoerzoda bəyan edib.
O, ilkin nəticələrə görə, hazırkı dövlət başçısı Emoməli Rəhmonun seçicilərin 90,92 faizinin (və ya 3,837 milyon insanın) səsini qazandığını deyib.
Qeyd edək ki, seçkilərdə hazırkı Prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.
1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, RF Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər. Heç bir qanun pozuntusu qeydə alınmayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10