Erməni işğalçı qüvvələri atəşkəsi pozmağa davam edir. Oxu.az-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, saat 13:16-da Füzuli rayonunun Zobudcuq kəndinin atəşə tutulması qeydə alınıb. Mərmilər çuğundur tarlasına düşüb. Xoşbəxtlikdən itki yoxdur.