Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...


Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vaxtının keçdiyini hiss etdiyinə görə könüllü istefaya razı olub.
“İnterfax” xəbər verir ki, bu barədə ölkənin keçmiş Baş naziri Temir Sarıyev bildirib.
Onun sözlərinə görə, prezident könüllü olaraq istefaya hazırdır, lakin müəyyən şərtləri var:
“Hələlik Sooronbay Jeenbekov prezident kimi fəaliyyətdədir. Onun şərtləri bunlardır - hökumətin istefasını qəbul edəcək, Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı fərman imzalayacaq”.
Siyasətçi qeyd edib ki, bu tənzimləmədən insanlar razı qalacaq.
“Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumət təşkil edilmədən yaşaya bilmərik. Ölkəni küçə qaydaları idarə edə bilməz”, - deyə o əlavə edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10