Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şəhid xəbəri


Onu necə ictimailəşdirməli?

12 gündən artıqdır ki, ölkəmizdə müharibə gedir – Vətən müharibəsi. Bütün ölkə bu müharibə ilə nəfəs alır. Kimin kimdən nə incikliyi varsa, arxa plana keçib. Kimi  canı ilə, kimi pulu-malı ilə, kimi sözü ilə dövlətimizə, rəhbərimizə, ordumuza yardımçı olmaq istəyir və olur da.
Bəli, müharibədir. Yeni qəhrəmanlar, yeni xeyirxahlar, bütün ruhu ilə xalqa, millətə bağlı olanları görürük.
Bəli, müharibədir. Şəhidlərimiz, yaralılarımız var. Onların içində ailənin tək övladı, 5 bacının 1 qardaşı, 3-5 aylıq körpəsi  atasız qalanlar var. 
Rayonun icra başçısından, deputatından tutmuş ən sıravi vətəndaşına kimi bu mərasimlərdə necə lazımdırsa iştirak edir, çıxışlar edir, yardımlar təşkil olunur və s.
Masallıda bu dəfn mərasimlərinin 1-dən savayı hamısında iştirak etmişəm. El məhəbbəti, el ehtiramı insanı qürurlandırır.
Bəs bu məqamlar necə işıqlandırılmalıdır?
Mənə elə gəlir ki, belə günlərdə dərdlərimizi çox da qabartmamalıyıq, şəhidlərlə bağlı statistikaya yer ayırmamalıyıq. (Məsələn, kəndimizə, rayonumuza, bölgəmizə  filanıncı şəhid gəldi. Bu gün filan qədər şəhid dəfn etdik və sair).
Şeirlərimiz marşa  çevriləcək yeni şeirlər yazmalı, şablonlardan qaçmalıyıq, nə qədər şəhid dəfnlərində eyni misralar səslənəcək.
Dünən Biləsuvarlı şəhidin qəbri üstünə qonan, onun bəslədiyi göyərçinlərin fotosunu izləmək nə qədər duyğusal, kövrək, ürəkağrıdıcı idi. Məhz belə fotolar paylaşılmalıdır.
Dəfn mərasimindəki acılara çox yer ayırmamalıyıq. Çünki, düşmən bunları oxuyub sevinməsin, gənclərimiz, ana-bacılarımız  bunları oxuyub ruhdan düşməsin. Şair demişkən “kədərimizi bi daş kimi ayağımız altına qoyub” daha ucalıqlara qanadlanmalı, uğurlrımızdan, qəhrəmanlıqlarımızdan, düşmənin bədxah əməllərindən daha çox söz açmalıyıq.
Şəhidlərimizi yad etməyə, onların qəhrəmanlıqlarını vəsf etməyə inşallah qələbə xəbərindən sonra çox vaxtımız olacaq.
Hamınıza bütün ruhumuzu titrədəcək qələbə xəbərləri arzulayıram. İnanıram ki, ən inamsızlar da inanacaq ki, dar macalda hamı birləşməyi bacarır, hamı bir hədəfə vurmağa istəklidir.
B. Vahabzadənin dili ilə desək
Həyat səni güldürəndə gülmüsən,
Oğulsansa, ağladanda gül görüm.
Qələbə çox yaxındadır. Qarabağ yaramıza yaxın vaxtlarda məlhəm qoyulacaq.
Zahir Əmənov / Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10