Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgə jurnalistləri Masallıda ənənəvi tədbirə toplaşdı


Masallı icra hakimiyyəti 20-dən artıq jurnalistin şərəfinə ziyafət verdi




İlk ixtisası jurnalist olan Rafil Hüseynov 2012-ci ildən Masallıya icra başçısı təyin olunandan sonra hər il Mətbuat günündə cənub bölgəsindən olan jurnalistləri bir araya toplayır, onların fikirlərini, qayğılarını öyrənir, şərəflərinə ziyafət verir, mükafatlandırır, onları rayonda aparılan quruculuq işləri ilə tanış edir.

Bu il də Masallı icra hakimiyyəti ənənəsinə sadiq qalıb.

İcra başçısı məzuniyyətdə olsa da, onun müavini Nəsir Muxtarlı ölkə televiziyalarının və aparıcı agentliklərin cənub bölgəsində çalışan təmsilçilərini və yerli jurnalistləri bir araya gətirmişdi.



Bayraq Meydanının cənub istiqamətində yeni salınmış istirahət mərkəzində təşkil olunmuş tədbirdə qonaqları salamlayan İHB-nin müavini Nəsir Muxtarlı rayonda keçirilən quruculuq işlərindən və nəzərdə tutlan işlərdən danışdı.

Xüsusilə vurğuladı ki, yaxın vaxtlarda Viləşçay dəryaçasının 2-ci bəndinin, eləcə də Qəriblər kəndində ilboyu ən azı 500 nəfərə yaxın qonaq qəbul edəcək, qış aylarında da fəaliyyət göstərəcək istirahət mərkəzlərinin inşasına başlanılacaq, yaxın günlərdə “Sənaye məhəlləsi"nin təntənəli təməl qoyma mərasimi keçiriləcək.

Tədbirə qatılan qonaqlar Masallıda jurnalistlərə göstərilən belə diqqəti böyük məmnunluqla qarşılayıb çıxışlarında dönə-dönə vurğuladılar ki, heç bir rayonda jurnalistlərə belə diqqət göstərilmir.

Bəzi rayonlarda icradakı məmurlardan heç normal məlumat öyrənmək problemə çevrilib.



Sonda kollektiv şəkil çəkdirən jurnalistlər Masallını xoş təəssüratla tərk etdilər.

Abdul Əsgərli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10