Bu il yanvar ayının 15-də Cəlilabad rayonunda ƏSMM qarşısında kütləvi etiraz aksiyası olub. Bəzi şahidlərin bildirdiyinə görə etiraz aksiyasında yüzlərlə insan iştirak edib.
Məlum olduğu kimi Respublikada ƏƏSM nazirliyinin rəhbərliyi dəyişəndən sonra Cəlilabad ƏSMM-nə üzun müddət rəhbərlik etmiş M. Mirsüleyman və aparatın bir sıra mütəxəssisləri də daşıdığı vəzifədən kənarlaşdırılıb. İdarəyə isə nə təzə müdir təyin edilib, nə də yeni mütəxəssislər. Nəticədə ünvanlı yardım almaq istəyən yüzlərlə insan əllərində müvafiq sənədlər ilə bu idarəyə gedib-gəlməkdən beziblər. Sənədləri isə qəbul edən tapılmayıb. Sonda bu kütləvi etiraza səbəb olub
Yüzlərlə etriazçıın ƏSMM binasından yaxınlıqdakı Cəlilabad İcra hakimiyyəti binasına yürüş etmək cəhdi isə yerli polisləri hərəkətə gətirib. Əhalinin qarşısını almaqda problemlər yaşanıb. Polis hər hansı zorakılıq hərəkətinə yol verməyib.
Daha sonra rəhbərlik məsələni bir qədər yoluna qoya bilib. Belə ki, hazırda bu vəzifəni icra edən, Cəlilabad ƏSMM-nin rəis müavini M. Əzimova tapşırılıb ki, ünvanlı yardım istəyən şəxslərin sənədlərini qəbul etsin. İcra başçısının tapşırığından sonra M. Əzimova vətəndaşların sənədlərin qəbul etməyə başlayıb və etirazçıların bir qismi sakitləşərək ərazini tərk etsələr də, sənədləri qəbul edən şəxsin cəmi 1 nəfər olması burada böyük və nizamsız növbənin yaranmasına səbəb olub.
Yanvarın 16-da isə ƏƏSM nazirliyi Cəlilabadda bu sahədə ciddi qayda yaratmaq üçün ora xüsusi komissiya yollayıb və Cəlilabad ƏSMM-nin müavini M. Əzimovu da işdən kənarlaşdıraraq sənədlərin qəbulunu həmin komissiyaya tapşırıb. Hazırda burada işlərə direktor əvəzi Mirhəbib Əzizov rəhbərlik edir və vəziyyət normaldır.