Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Özünü mağaza satıcısı kimi təqdim edən erməni qadının kimliyi araşdırılmalıdır...”



Xəbər verdiyimiz kimi döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən və özünü mağaza satıcısı kimi təqdim edən Ermənistan vətəndaşı Aznif Baqdasaryanın əsl kimliyi üzə çıxıb. Sosial şəbəkə hesabında paylaşdığı şəkillərdən məlum olub ki, A.Baqdasaryan əslində erməni ordusunda hərbçi-tibbi başçısı kimi xidmət edib.

Eskpertlər açıqlamasında A.Baqdasaryanın kimliyinin xüsusi xidmət orqanları tərəfindən araşdırılmasının vacibliyini vurğulayıblar.

Hərbi ekspert Azad İsazadə:

“Sözsüz ki, A.Baqdasaryanın kimliyinin araşdırılması xüsusi xidmət orqanlarının işidir. Ola bilsin ki, erməni qadın mühasirəyə düşüb və sadəcə mülki geyim geyinərək özünü xilas etmək istəyib. Özünü xilas etmək üçün o, həm də müxtəlif versiyalar danışır. Məsələn deyir ki,  Bakıda böyümüşəm, qutab, paxlava yedib və sair. Ola bilsin ki, A.Baqdasaryan hansısa təyinatla Bakıya gəlib. Bundan başqa ola bilsin ki, ermənilər onu bilərəkdən  torpaqlarımızda saxlayıb ki, o, da həlak olsun və sabah ordumuzun mülki şəxsləri qətlə yetirdiyini dünya ictimaiyyətinə təqdim etsinlər. Burda əsir düşmüş şəxsin kimliyindən söhbət gedir və onun kimliyi haqda araşdırma olmalıdır”.  

Politoloq Qabil Hüseynli:

“A.Baqdasaryanın kimliyi təbii ki, araşdırılacaq və onun bütün arxivi ortaya çıxarılacaq. Yoxsa bir qadının gəlib bizim torpaqlarımızda təkbaşına mağaza işlətməsi o qədər də asan məsələ deyil. Düzdü, Ermənistanda işsizlikdir, amma bu qadın bir azda başıboş adama oxşayır. Mən onun xüsusi xidmət orqanlarının işçisi olduğunu güman etmirəm, amma xüsusi xidmət orqanlarının ucuz agentləri şəbəkəsinə daxil ola bilər. Onun ordumuza “evinizə xoş gəlmisiniz” deməsinin özü  də hazırlıq olmasını və Azərbaycan əsgərini gördükdə necə cavab verəcəyini göstərir. Ondan ermənilər bir qurğu kimi istifadə edə bilərdilər, amma qadın da onların tapşırığını yerinə yetirməyib, müqavimət göstərməyib və Azərbaycan ordusunun əsgərləri də onunla çox nəzakətlə davranıblar. Yəni burda beynəlxalq hüquq normalarına zidd olan heç bir hərəkətə yol verilməyib”.

Moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10