Torpaq şəhid qanı ilə islandıqda Vətən olur
Sentyabrın 27-də Ermənistan tərəfin yenidən atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücuma keçdi. Döyüşlər hələ də davam edir. “İrəli!” əmrinə bənd olan Azərbaycan Ordusu düşmənlə savaşda rəşadətlə döyüşür, arxa cəbhədə olan bizləri yeni-yeni qələbə xəbərləri ilə müjdələyir. Bu döyüşlərdə ordumuzun bir hədəfi var, o da əzəli Azərbaycan yurdu olan Qarabağda üçrəngli bayrağımızı sancmaq və bu davanı gələcək nəsillərə qoymadan bu günlərdə həll etmək.
Millətimizin səbri gendir, amma o, ayağa durdusa, bunun geri dönüşü yoxdur. Təəssüf ki, müharibələr qansız-qadasız keçmir, elə Qarabağ torpağı uğrunda gedən döyüşlər də bizə çox şəhid xəbərləri eşitdirib. Ancaq torpaq da şəhid qanı ilə islananda Vətən olur.
Bu torpaqları bizə Vətən edən şəhidlərimizdən birini sizlərə tanıtmaq istəyirik – Lerik sakini Heydərov Amid Rəbbil oğlu. O, 28 sentyabrda Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin atası deyib ki, Amid xalqını sevən oğul olub və indi ailəsinin də tək təsəllisi onun Vətən yolunda şəhid olmasıdır.
“Amid xalqını da, peşəsini də çox sevirdi. Uşaq yaşlarından “Mən general olacağam” deyirdi. Hərbçi olmaq uşaqlıq arzusu olub. 3 ay idi ki, Füzulidə tank bölümünün komandiri idi. O, Lələtəpə uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş, Prezident tərəfindən növbədənkənar rütbə ilə mükafatlandırılmışdı - baş leytenantdan birbaşa polkovnik-leytenanta yüksəlmişdi”, - deyə ata söyləyib.
R.Heydərovun sözlərinə görə, oğlu Füzulidə ən qaynar nöqtədə döyüşüb: “3 mövqeyi keçib, ən sonda isə düşmənin tankını vurduqdan sonra şəhid olub. Təskinliyimiz budur ki, Vətən yolunda şəhid olub. Arzusu hərbçi olmaq idi, arzusuna çatdı və bu yolda da şəhidlik zirvəsinə ucaldı. Ondan bizə yadigar iki balası qalıb”.
Həmsöhbət olduğumuz qohumları da Amidin çox savadlı olduğunu, hərbiyə çox bağlılığını xüsusi vurğulayıblar: “11 illik orta məktəb təhsilini başa vurduqdan sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə vermişdi. 31 yaşında komandir idi artıq. Ürəkli, mərd oğul idi. Vətən torpağı uğrunda savaşa təkcə qol gücü ilə yox, həm də beyin gücü ilə hazırlıqlı olan hərbçilərdən idi”.
Qohumlarının sözlərinə görə, Amid sonuncu dəfə 27 sentyabrda ailəsi ilə danışıb. 28 sentyabrda isə Füzuli istiqamətində gedən qızğın döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə xəbər gəlib.
Fotoları təqdim edirik
![](https://ayna.az/cdn/2020/october/07/AmidHeyderov3.jpg)
ayna

![](https://ayna.az/cdn/2020/october/07/AmidHeyderov2.jpg)