Uşağı dünyaya gələn ailələrə 10 min dollara qədər maddi yardım göstərən Sinqapur, pandemiya dövründə uşaq dünyaya gətirənlərə birdəfəlik əlavə ödəniş edəcək.
Cenub.az xəbər verir ki, təxminən 5,6 milyon əhalisi olan və dünyada doğuş nisbətinin ən aşağı olduğu ölkələrdən biri sayılan Sinqapur uzun illərdir doğuş nisbətini artırmaq üçün mübarizə aparır.
Yerli hökumət pandemiya dövründə cütlükləri uşaq sahibi olmağa həvəsləndirmək üçün yeni bir təşviq proqramı başlatmağı qərara alıb. Sözügedən proqram çərçivəsində uşaq sahibi olacaq cütlüklərə doğulan hər uşaq üçün verilən 10 min dollardan əlavə ödəniş ediləcəyi bildirilib.
Qeyd edək ki, ölkədə bir çox cütlüyün maddi sıxıntı və epidemiya səbəbi ilə çətinlik yaşadığı üçün uşaq sahibi olmaqdan imtina etdiyi bildirlir