Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Madagiz kəndinin adı rəsmən Suqovuşan oldu


Parlamentdə layihə qəbul edilib  
 
Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq. Cenub.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan adlandırılması təklif olunub. Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.
 
Qeyd edək ki, ermənilərin işğalında olan Madagiz kəndi bir neçə gün öncə düşməndən azad edilib. 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10