Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Son dəqiqə: Tərtər istiqamətində düşmənin "səsi" batıb


Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilib.
Bu gedişat düşmənin mülki əhalini hədəf aldığı Tərtər rayonunda hər ötən gün daha artıq hiss olunur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatları başlandığı gündən Tərtər rayonu düşmənin ən çox raket və mərmi atəşinə tutduğu ərazilərimizdən idi.
Ötən gün rayon ərazisinə 120 mərmi və raket atılıb, bunlardan 40-ı Tərtər şəhərinə düşüb. Oktyabrın 5-də, gün ərzində mülki əhali arasında ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ötən 9 gün ərzində gün ərzində rayona, əsasən mülki evlərə və obyektlərə günboyu 400-500 zərbə endirilirdi. Hazırda ara-sıra top atəşi səsləri eşidilir.

Rəşadətli ordumuzun qüvvələrinin açdığı top atəşləri ilə düşmən tərəfin olan-qalan atəş nöqtələri məhv olunur.

"Yeni Müsavat"ın Reportyor Qrupu
Tərtər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10