Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək


Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı hazırda Qarabağda gedən döyüşlər zamanı əsir götürülən şəxslərin taleyinə aydınlıq gətirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsir götürülən şəxslərə münasibətdə davranış Cenevrə Konvensiyasına uyğun şəkildə edilir:
“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təxribatından sonra əks hücuma başlayan Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, müharibə zamanı əsir düşən hər bir erməni əsgər və zabitlərə Cenevrə konvensiyasına uyğun olaraq davranış sərgilənəcək”.
“Biz hər zaman öz üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq”, - aparat rəhbəri əlavə edib.
O eyni zamanda qeyd edib ki, ermənilərin açdığı atəş zamanı mülki şəxslərə dəyən ziyan dövlət tərəfindən təmin ediləcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10