Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Qarabağda döyüşənlərin ailələri üçün yardım fondu yaradılıb


Bu fond Masallıdan könüllü kimi Döyüşə gedən könüllülərə və qismən səfərbərliyə cəlb edilən əsgər və zabitlərin ailələrinə ərzaq yardımı edir
Bu vaxtadək Qarabağ haqqında çoxlu şüarlar, dualar demişik. Bu günlərimizdə isə şüarların, duaların reallaşdığı günlərdir.
Son günlər  hər rayonun özünə uyğunlaşdırdığı bir deyim var -

Masallı da oyaqdır, 
Qarabağa dayaqdır.


Bu, doğrudanmı belədir? Konkret faktlara müraciət edək -

1. Masallıda hazırda rəhbərlik, deputatlar, ziyalılar, ağsaqqallar, ağbircəklər, gənclər, qadınlar... bir nəfər kimi Qarabağla nəfəs alır.

2. Gənclər kütləvi şəkildə, böyük coşqunluqla hərbi xidmətə gedir.

3. Hətta Almaniyanın Düsseldorf şəhərində keçirilən Qarabağa dəstək mitinqində 1000-dən artıq iştirakçının sırasında 30-a yaxın masallılı gənc yüksək fəallıq göstərib.

4. Masallılı sahibkarlar artıq Müdafiə Nazirliyinin  Yardım Fonduna bir neçə yüz min manat vəsait köçürüb.

5. Döyüş bölgüsünə ərzaq, tibbi ləvazimatla, eləcə də köhnə təkərlərlə dolu 7 Qaz el (5-i təkər. 2-si ərzaq, tibb ləvazimatı) maşınlar göndərilib. 

6. Bunlar  da son deyil. Masallı sahibkarlarının təşəbbüsü ilə Qarabağ döyüşlərinə könüllü və qismən səfərbərliyə cəlb olunmuş  əsgər ailəsinə yardım məqsədi ilə fond yaradılıb. Artıq 30-dan artıq masallılı iş adamı və sıravi şəxslər fonda yardım edib və bu məqsədlə 60 min manatdan artıq pul toplanıb. Fonda yardım davam edir. Bu təşəbbüs Masallı Rayon İcra hakimiyyəti tərəfindən də dəstəklənmişdir.

Bir daha xatırladırıq ki, toplanmış pullar Qarabağ uğrunda döyüşlərə könüllü getmiş və  qısa müddətli səfərbərliyə cəlb edilmiş əsgər və zabitlərimizin  ailələrinə çatdırılır

Məqsəd odur ki, döyüşən əsgər evindən, ailəsindən nigaran qalmasın.

İmkanı olan şəxsləri fonda yardımçı olmağa dəvət edirik. Yardım etmək arzusunda olan şəxslər bu fondun əlaqələnidiricisi Ruslan Bağışova (Masallı Elektronics şirkətinə - ünvan : H. Əliyev prospekti.) məxsus 050 440 40 04 saylı telefonla əlaqə saxlaya bilərlər.
Xatırladaq ki, fond tam aşkarlıq şəraitində fəaliyyət göstərəcək. Artıq xeyli əsgər ailəsinə ərzaq bağlamaları  çatdırılıb və bu yardımlar yaxın günlərdə daha geniş miqyasda davam edəcək.
Hələ ki, Masallıda Qarabağ döyüşləri ilə bağlı Fonda yardım edən  şəxslər barədə ilkin məlumatı sizə çatdırırıq:
Xudayar Rəhimov, Laçın Sadıqzadə, Akif Qarayev (Hər biri 5 min manat), Şamil Məmmədov (Qızılağac- 4 min  manat),  Fəxrəddin Baxışov, Əhməd Rəhimov, Qadir Zeynalov (Hər biri 3 min manat), Ruslan Baxışov, Abdul Abdullayev, Emin  Nəzərov, Qalib Məmmədov (hər biri 2 min manat), Fərhad Qəniyev (1500), Məmmədhüseyn Hüseynov, Tahir Məmmədov, Mahmud Məcidov, Nazim Bəyverdiyev, Nəriman Əliyev, Ramazan Zeynalov, Amil Səmədov, Sərxan Babayev, Sadiq Quliyev, Adəm Məhərrəmov, Arzuman Yaqubov (hər biri 1000 manat),  Seyfəddin Əliyev, Möhübbət Kərimov, Ürfəd Həmidov, Aydın Zeynalov (hər biri 500), Əliməmməd Ziyadov (100 manat). (Qeyd: 2 nəfər rəhbər şəxs yardım etsə də, onların xahişi ilə adları burada qeyd olunmayıb)
Yardımlar könüllülər vasitəsi ilə paylanılır.
Cənub Xəbər TV  YouTube kanalı və Cenub.az saytında Fondun fəaliyyətini ardıcıl işıqlandırılacaq.

Zahir Əmənov / Cenub.az

Bu fondla bağlı Cənub Xəbər TV-də getmiş videounun linki burada)

https://youtu.be/LTI0j9UQhBA​​​





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10