Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO


Bu gün N saylı hərbi hissədə jurnalistlərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən ələ keçirilən hərbi texnikaları təqdim olunub.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, düşmən öz silah-sursat və hərbi texnikasını döyüş meydanında qoyaraq qaçır:
“Hərbiçilərimiz tərəfindən 20 -yə yaxın işlək vəziyyətdə olan “Ural” markalı yük maşınları götürülüb. Eyni zamanda hərbiçilərimiz döyüş meydanından düşmənin 3 ədəd “T-72” tankını içərisində silah-sursatla birgə götürüblər. Bu qənimətlər Cəbrayıl rayonunda ələ keçirilib.
Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan Ordusu tərəfindən Ermənistanın silahlı qüvvələrinə məxsus çoxsaylı məhv edilən və işlək vəziyyətdə olan zirehli texnika, silah-sursat mövcuddur”. 

















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10