Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hər şey Vətən üçün”


Bu gün ölkəmizin hər kəsin ürəyi ordumuzla birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar.
Könüllü humanitar aksiya, demək olar ki, əksər cənub rayonlarında həyata keçirilir.
“Qarabağ Azərbaycandır”, “Hər şey vətən üçün”.
Üstünə bu şüarlar yazılmış avtomobillərin üz tutduqları istiqamət də elə Qarabağdır.
Ölkəmizin müxtəlif yerlərində olduğu kimi, Cəlilabad rayonunda da yerli sakinlər  Ordumuzla həmrəy olduqlarını bu şəkildə - cəbhədə düşmənlə döyüşən əsgərlər üçün zəruri olan ləvazimatlar tədarük etməklə göstərirlər.
Doğrudur, Azərbaycan ordusunun bu kimi tibbi və ərzaq yardımına ehtiyacı yoxdur, lakin sakinlər belə könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.
Qeyd edək ki, ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, digər cənub rayonlarında da həyata keçirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10