Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azad edilmiş Cəbrayıl, ad günü olan deputat, Sığdaşda (Masallı) dəfn edilmiş şəhid (Foto, video)


Bir də Sığdaş məzarlığında ucalan alqış sədaları
Necə deyərlər, bir gözümüz  ağlayır, biri gülür. Bir yandan  gənclərimizin ürək göynədən şəhidlik  xəbərləri, bir yandan işğalçıdan azad edilən rayonlar, kəndlər.
4 oktyabrda bu qəmli-sevincli xəbərlər daha çox oldu.
Öncə 4 oktyabrda Masallıya yenə şəhid xəbəri ilə sarsıldıq. Bəlli oldu ki, 6 ay öncə hərbi xidmətə gedən, Masallı rayonunun Sığdaş kənd sakini, ailənin yeganə oğlu, kəndin çox dəyərli gənclərindən sayılan  Salayev Amid Yadulla oğlu Qarabağ uğurunda döyüşlərdə həlak olub. 
18 yaşlı şəhidimiz, Sığdaş qəbiristanlığında dəfn edilən zaman gücləndiricidən “Cəbrayıl alındı!” xəbəri gəldi. Məzarlığı alqış sədaları bürüdü.
Minlərlə insanın kədəri sevincə qarışmışdı. Rayon rəhbəri Şahin Məmmədov, eləcə də Masallıda deputat seçilmiş Məşhur Məmmədov, Musa Qasımov çıxış etdilər.
Bir məqamı da xatırladaq. Bu gün, 70 saylı Masallı Seçki Dairəsindən deputat seçilmiş  Məşhur Məmmədovun 57 yaşı tamam olur. Düzü, belə anlarda ad günü, yubiley-filan təbrikləri qəribə səslənir. Bizim də Məşhur müəllimlə bağlı deyiləsi xeyli xoş sözlərimiz olsa da, onları bir qədər sonraya saxladıq. Sadəcə, bir məqamı xatırladaq ki, deputat adı Məşhur müəllim üçün yaraşıq yox, onun xeyirxah əməlləri, ağıllı və düşünülmüş addımları, hədsiz təvazökarlığı deputatlıq adına bir yaraşıq oldu.
Yazıya sonluq vermək bir az çətindir.
Öncə şəhidimizə görə “Başın sağ olsun, Vətən!” deyirik.
İkincisi, Cəbrayıl rayonunun azad edilməsi münasibəti ilə bütün xalqımıza “Gözün,  aydın Vətən deyirik!”.
Nəhayət, bu gün ad günü olan, xeyirxah əməlləri ilə xalqın ürəyindən tikan çıxaran deputatımız Məşhur müəllimə “Doğum günün mübarək, sükanı belə saxla, cənab deputat!” deyirik.
Zahir Əmənov / Cenub.az

Videoya linkə toxunaraq baxa bilərsiniz : ​https://youtu.be/1OEDUwi4Rgg​​​





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10