17 yaşında öldürülən Kənanın atası: “Bu təsadüfi hadisə deyil. Oğluma qarşı qurulan bir oyundur ”
Teymur Əliyev:- "Artıq çoxlarına bəlli olduğu kimi, bu il may ayının 27-də Masallı rayonun Boradigah qəsəbəsində 17 yaşlı oğlum qəddarcasına döyülərək öldürülüb, Qazax Sosial İqtisad Kollecində təhsil alan, son zəngi keçmiş sinif yoldaşları ilə birgə keçirmək üçün qəsəbəyə gələn oğlum bir dələduz qrupun təzyiqinə məruz qalıb. Onlar növbə ilə oğlumu döyüb və nəticədə 17 yaşlı oğlum dünyasını dəyişib.
Hadisə belə baş verib: Bu il mayın 20-dən başlayaraq oğlum da daxil bir neçə nəfər oxuduqları Boradigah məktəbinin həyətində son zəngə hazırlıq məqsədi ilə təmizlik işləri aparmağa başlayıblar.
Bu iş mayın 27-də də davam edib. Həmin gün axşamçağı, təxminən 17-18 radələrində məktəb həyətində, oğlum orada yerləşən şəhidin abidəsini rəngləyən zaman həmin əraziyə 07 markalı 682 dövlət nömrə nişanlı maşın gəlib.
Hadisənin şahidi və iştirakçısı olan İbrahim və Həsənağa adlı şəxslər məktəbin giriş qapısını açaraq həmin maşını məktəbin həyətinə salıblar.
Sonra maşında olan 5 nəfərin hamısı, (hansı ki, onlardan 3-nün 28, digər ikisinin isə 17-18 yaşı olub) oğlum Kənanın işlədiyi istiqamətə gəlib.
Gəldikləri maşındakı maqnitofonun səsini gücləndiriblər. Yəqin ki, əvvəldən planlaşdırdıqları bu dava-dalaşın səsinin ətrafa yayılmamasını istəyiblər.
Öncə Boradigah məktəbini 1 il öncə bitirmiş Həsənağa oğlum Kənanı kənara çəkib və qəfildən onun sifətinə kəllə ilə güclü zərbə endirib.
Zərbə o qədər güclü olub ki, rəhmətə gedən oğlumun dişinin izi hələ də Həsənağanın üzündədir.
Belə qəfil və ağır zərbəni gözləməyən oğlum ağrıdan qıc olaraq yerə çöküb. Həkimlərin ehtimalına görə bu zərbədən onun beyninə qan sızıb və o, bərk sarsıntı keçirib. Bir az özünə gələndən sonra oğlum güc-bəla ayağa qalxıb.
Bu zaman, Kənan hələ özünə tam gəlməmiş keçmiş sinif yoldaşı İbrahim də Kənanı kənara çəkib ki, mənim də səninlə söhbətim var.
O da Kənanın başına yumruqla ağır zərbə vuraraq onu yerə yıxıb.
Kənanın vəziyyəti kəskin pisləşib. Onun ölümcül halda olduğunu görüb, həmin şəxslər Kənanı onları gətirən maşına mindirib xəstəxanaya aparıblar.
Kənan aldığı qəfil zərbələrdən yolda dünyasını dəyişib.
Kənanı maşında qucağına alan Elgün ün dediyinə görə, o, yolda bir dəfə gözün açıb, sonra da keçinib”.
Atası Teymur daha sonra bildirdi ki, bunları mənə həmin gün Kənanla bir yerdə olan Əmrah adlı gənc hadisədən bir həftə sonra danışıb. Davaya səbəb də guya oğlumun Həsənağanın hansısa sözünü başqasına çatdırması olub.
Hadisənin şahidi olan Elgün Ağayev bizə aşağıdakıları bildirdi:
-Dostlarımın zəngi ilə məktəb həyətinə getdik.
Burada Həsənağa Kənanla bir qədər mübahisə etdi və bildirdi ki, mənim arxamca danışmısan. Kənan isə buna etiraz edib bildirdi ki, danışmamışam.
Beləcə arada bir qədər xoşagəlməz söhbət oldu və Həsənağa qəfildən başla onun sifətinə, dodaq nahiyəsinə zərbə vurdu.
Hətta Kənanın dişinin izi onun alnında qaldı. Kənan zərbədən aşağı çökdü. Həsənağa bundan sonra çıxıb getdi. O gedən kimi İbrahim, hansı ki, Kənanla yaxın dostdur.
O, Kənana yaxınlaşıb, bir qədər söhbət etdi. Bir də gördüm ki, Kənan yerə yıxılıb. Onu qucağıma alıb, maşına qoyub, xəstəxanaya apardım. Xəstəxanaya çatan ərəfədə onun rəngi qaraldı və keçindi.
Hadisənin iştirakçısı olan Əmrah Heybətzadə də bizimlə söhbətində təxminən eyni fikirləri səsləndirərək bildirdi ki, dostları ona zəng edərək məktəb həyətinə çağırıblar.
Burada Həsənağa Kənanla bir qədər söhbət etdikdən sonra onun sifətinə başla zərbə endirib. Biz onları bir-birindən ayırdıq. Daha sonra digər tanışımızı İbrahim onu kənara çəkib Kənana yumruq vurdu və o, yerə yıxıldı. Uşaqlar onu maşına mindirib xəstəxanaya aparanda isə Kənan yolda keçinib.
Kənanın atası: - Hazırda Kənanı sonuncu vuran 17 yaşlı İbrahim həbsdədir. Lakin Kənanı ilk vuran və onu ölümcül vəziyyətə salan Həsənağa və bu işdə ona yardımçı olmağa gələnlər azadlıqda gəzir.
Bir daha bildirirəm ki, bu təsadüfi hadisə deyil. Əvvəlcədən bir qrup tərəfindən planlaşdırılmış bir işdir. Ola bilsin ki, öldürmək istəməyiblər, lakin onu kütləvi şəkildə döyməyə gəliblər.
Ailəmiz böyük gərginlik içindədir. Ailənin ilk övladı, min əziyyətlə böyütdüyüm oğlumun belə vəhşicəsinə, qudurğanlıqla öldürülməsi məni necə yandırırsa, oğlumun qatillərinin birinin azadlıqda gəzməsi də məni o qədər sarsıdır.
Rayon prokurorluğunun bu olayla apardığı iş ürəyimcə deyil. Müstəntiq elə “istintaq gedir” deyə mənə başdansovdu sözlər deyir.
Bu faciəni ictimailəşdirməkdə isə məqsədim odur ki, oğlumun qanı yerdə qalmasın.
Onsuz da bizə olan olub, heç olmasa oğlumun qatilini gözümün qabağında görməyim.
Hazırladı: Zahir