Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad könüllülərini cəbhəyə yola saldı


Cəlilabad rayonu cəbhə bölgəsinə gedən könüllülərini yola salıb.
Cəlilabadda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız yola salınıb.
Ermənistan silahlı qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb və onları yenidən ordu sıralarında vuruşmağa sövq edib. Gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10