Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ordumuz daha bir kəndi işğaldan azad edib - RƏSMİ


Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib
 
Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib. Cenub.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda qeyd edilib ki, Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.
 
Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10