Son vaxtlar cəlilabadlı gənclər qəribə və faciəli ölümlərlə qarşılaşırlar Bİir həftə öncə səhəri gün hərbi xidmətə gedən gənc Lənkəranda dənizdə boğulmuşdu.
Iyulun 13-də isə sabah qəbul imtahanına girəcək 2 gənc avtomobil qəzasında dünyasını dəyişib.
Hadisə Cəlilabad rayonunun Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qeydə alınıb.
“Mercedes” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.
Hər iki gənc sabah 2-ci qrupda ali məktəbə qəbul imtahanı verəcək abituriyent olub.
Elə həmin gün Cəlilabadın Xəlilli kəndində 19 yaşlı Cəmilə Mustafayeva intihar edib.
Astara da isə qəzaya düşən qadın xəstəxanada infarktdan ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara sakini, 1980-ci il təvəllüdlü Xalid Tofiq oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını yük avtomaşını ilə toqquşub. X. Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sərnişini Şahbacı Rəhimova xəsarət almasa da, xəstəxanaya aparılıb. Sarsıntı keçirən qadın orada infarkt keçirərək ölüb.
Elə həmin gün 4 astaralı Ələt-Astara yolundakı qəzada dünyasını dəyişib.