Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadda həkimi avtomobil vurdu


Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə "Sevinc" şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, "Jiquli" markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10