Cənub Xəbər TV kanalımızdan xəbər verdiyimiz kimi
“Masallı Təhsil Fondu” və “Cənub Xəbər TV”-nin təşkilatçılığı ilə rayonumuzda “Elim mənim, yurdum mənim”
adlı müsabiqə elan edilib
Bu barədə “Masallı Təhsil Fondunun” təmsilçisi Araz Şahverdiyev aşağıdakıları bildirib: - Müsabiqənin əsas məqsədi Masallının tarixinin öyrənilməsidir. “Masallı təhsil fondu” bu sahədə geniş işlər görür və daha maraqlı işlər planlaşdırır. Təbii ki, həm tərəfdaş, həm də informasiya təmsilçisi kimi Cənub Xəbər TV-nin də imkanlarından geniş istifadə olunacaq. Bu barədə - çox mükəmməl işçi qrupu tərəfindən hazırlanan Masallı ensiklopediyası barədə isə daha ətraflı məlumat verəcəyik. Millət vəkili Məşhur müəllim də həmişə olduğu kimi belə xeyirxah işlərin önündədir və ən fəal dəstəkçilərindəndir
İndi isə konkret şərtləri sadalayaq
1. Müsabiqə Masallı rayonu ərazisini əhatə edir.
2. Müsabiqədə iştirak etmək arzusunda olan hər hansı təşkilat, qrup, yaxud şəxs yaşadığı ərazi haqqında müddəti 5 dəqiqədən çox olmamaq şərti ilə video çarx təqdim etməlidir.
3. Video çarxlar bir ərazi dairəsi üzrə, yaxud da həmin ərazidəki ayrı-ayrı kəndlər üzrə də ola bilər.
4. Hər ərazi dairəsi, yaxud kənd üzrə bir neçə video-çarxın da təqdim olunması mümkündür.
Sual:- Həmin video-çarxlarda əsas nələr öz əksin tapmalıdır?
Cavab: - Öncə Ərazinin qısa tarixi,
varsa abidələri,
tanınmışları,
digər özəlliklər video-çarxda öz əksini tapmalıdır.
Onu da qeyd edim ki, bu vaxta qədər hazırlanmış video-çarxlar qəbul olunmur.
Sual - Video çarxlar necə təqdim olunacaq?
7. Video-çarxlar montaj olunmuş, lakin YouTube-a yüklənməmiş halda [email protected] ünvanına göndərilməlidir.
Çünki müsabiqədə baxış sayları da nəzərə alınacaq. Buna görə, ilkin mərhələdə təşkilat komitəsinə verilməlidir ki, həmin videolar YouTube-a eyni gündə yüklənsin?
8. Video-çarxla birlikdə onu təqdim edən qrupun, yaxud şəxsin, eləcə də ssenari müəllifinin və operatorun adı, soy adı, ata adı, ünvanı və telefon nömrəsi qeyd olunmalıdır.
9. Müsabiqəyə 2020-ci il oktyabrın 1-dən start veriləcək və bu il oktyabrın 31-dək davam edəcək.
Mükafatlar və diplomlar 9 noyabr – Azərbaycanın Dövlət Bayrağının bayramı ərəfəsində təqdim olunacaq.
Sual: -indi keçək necə deyərlər, əsas məsələyə,
qaliblər necə mükafatlandırılacaq?
Cavab: - mükafatlar konkret aşağıdakı məbləğdə olacaq
1-ci yer. 1 mükafat-600 manat
2-ci yer. 2 mükafat hər biri 400 manat,
3-cü yer. 3 mükafat. Hər biri 200 manat.
Təşkilatı və texniki işlər üçün 500 manat.
Bundan əlavə Hər biri 100 manat olmaqla 5 həvəsləndirici mükafat da nəzərdə tutulub.
Ən yaxşı operator işinə görə
1-ci mükafat 300 manat
2-ci mükafat 200 manat
3-cü mükafat 100 manat
3 ən yaxşı video çarxlar ölkə televiziyasında nümayiş olunacaq.
10. Qaliblərə xüsusi mərasimdə pul mükafatı ilə birlikdə həmçinin diplomlar təqdim olunacaq.
Sual: - Bəs qaliblər necə qiymətləndiriləcək?
Cavab: -Əsas ballar məzmuna görə olacaq - 40 bal,
Operator işinə görə - 30 bal,
Bəyənmələrin sayına görə - 30 bal.
Sual: Bəs münsiflər heyəti kimlər olacaq?
Cavab: - Bu gizli saxlanılır ki, iştirakçılar onlarla əlaqə qura bilməsin. Bir az da konkretləşdirsək, onların sırasında paytaxtdan da, bölgədən də ən peşəkarlar olacaq. Və təqdimat gününədək adları gizli saxlanılacaq.
Redaksiyadan
Video-çarxlar Cənub Xəbər TV-də nümayiş olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 10-a kimi təşkilat komitəsinə yazılı və şifahi müraciət edə bilər.
Müsabiqənin təşkilində Masallı İcra Hakimiyyətinin, onun yerlərdəki nümayəndələrinin, bələdiyyələrin də köməyinə ümid bəsləyirik.
Bu arzuda olanlar aşağıdakı göstərilən ünvan və telefonlar vasitəsi ilə təşkilat komitəsindən əlavə tövsiyələr ala bilər
Əlaqə telefonları və ünvan:
Ünvan : Masallı şəhəri, S. Vurğun küçəsi, 10 (Cənub Xəbər TV-nin ofisi)
Telefonlar : 050 322 75 23 (nömrə həm də Whatsappdır)
070 322 75 23
0 21 5 30 47
Ümidliyik ki, maraqlı müsabiqənin şahidi olacağıq.
Yəqin ki, bu 5 dəqiqəlik video çarxlar rayonumuzu bizə daha yaxından tanıdacaq. Həm də bəlli olacaq ki, hansı qəsəbədə, kənddə hansı istedadlar, hansı səviyyəli ssenaristlər, operatorlar, öz yurduna necə bağlı olanlar var?
Müsabiqənin gedişi ardıcıl işıqlandırılacaq.
Təşkilat komitəsi.
Cenub.az