Planşetdən, puldan tutmuş xüsusi bağlamalaradək
Bu il Masallı rayonundan orta ümumtəhsil məktəblərini bitirən məzunların düz 100 nəfəri ən yüksək-500 və 600-dən yuxarı bal toplayıb.
Ən yüksək balı isə Qızılağac Tam Orta məktəbinin məzunu Ramazanlı Azər Maarif oğlu 675 bal toplayıb.
Həm də sevindiricidir ki, bu il Qızılağac tam orta məktəbinin 3 məzunu medal qazanıb - 2-si qızıl, 1-i gümüş.
Ümumiyyətlə, son 4 ildə Masallının yüksək uğur qazanmış məzunlarında 4 nəfəri qızıl, 2 nəfəri gümüş, 5 nəfəri isə bürünc medallara layiq görülüb.
Uğur qazananlar arasında ayrı-ayrı fənlər üzrə respublika olimpiadasının qalibi olanlar da var. Belə ki, bu müddətdə Masallı məktəbliləri olimpiadalaarda 6 qızıl, 2 gümüş medal qazanıblar.
Bəs bu uğuru qazananlar necə mükafatlandırılacaq?
Redaksiyaya daxil olan məlumata görə 600-dən yuxarı bal toplayan 27 nəfərin hər birinə 70 saylı seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov
planşet hədiyyə edəcək. Planşetlər 3 dərəcə üzrə veriləcək. Yəni ki, ballarına görə ilk onluqda yer tutanlar daha bahalı planşetlərlə mükafatlandırılacaq.
Masallı İcra hakimiyyəti isə 500-dən yuxarı bal yığanlara 150, 600-dən yuxarı bal yığanların hər birinə 200 manat pul mükafatənın veriləcəyi gözlənilir.
“Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nin rəhbəri, həmişə xeyirxah işlərin önündə olan Arzu xanım Bağırova da qaliblər üçün hədiyyələr hazırlayıb. Belə ki, İB sədri 600 yuxarı bal yığanlar üçün-köynək, saat, çanta, bloknot və kitablardan ibarət xüsusi bağlamalar hazırlayıb.
Həmçinin qaliblərə diplomların və digər hədiyyələrin də veriləcəyi gözlənilir.
Samir Əliyev / Cenub.az