Tanınmış maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin İngiltərənin Kembric şəhərində yaşayan nəticəsi tanınmış rəssam Ülvi Pepinova ilə müsahibəni təqdim edirik.
- Ülvi xanım. Biz fərdi fəaliyyətinizlə tanışıq. Rəssamlıq sənətindəki uğurlarınızla bağlı dəfələrlə eşitmişik. Planladığımız kimi bu günkü müsahibəmiz isə sizin ulu babanız – tanınmış maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadə ilə bağlı olacaq. Öncə istərdik özünüz, ailəniz və Nemanzadə şəcərəsi ilə bağlı oxucularımıza məlumat verərsiniz?
- Mənim valideynlərim – Fuad Pepinov və Hicran Pepinovadır (qızlıq soyadı Hüseynova). Atam İskəndər Pepinov və Ömər Faiqin böyük qızı Kamilə Nemanzadənin oğludur. Anam Böyük Vətən Müharibəsi (II Dünya müharibəsi) illərində 402-ci Azərbaycan atıcılıq diviziyasının komandiri olmuş Əli Nağı Həsənov və əməkdar tibb işçisi, 1941-1942-ci illərdə səhiyyə nazirinin müavini olmuş Həlimət Davudovanın qızıdır. Həm Pepinovlar, həm də Nemanzadələrin adları «xalq düşmənlərinin» uşaqları kimi qara siyahıda idi. Buna baxmayaraq, ana tərəfdən babam və nənəm bu ailə ilə dostluq edirdilər və mənim valideynlərin uşaqlıqdan dost olmuşdular.
Əhməd bəy Pepinov Ömər Faiqin kiçik bacısının oğludur, yəni mənim nənəm Kamilə Əhməd bəyin dayısı qızıdır. O, Bakıda Tibb İnstitutunda təhsil alarkən İskəndər Pepinova ərə getmişdir. İskəndər Pepinov Azərbaycan Sənaye institutunda memarlıq ixtisası üzrə təhsil alırdı. İskəndər Pepinov və Əhməd Cavad Pepinov əmi uşaqları oublar. İskəndərin atası Suleyman bəy və Əhmədin atası Ömər bəy doğma qardaş idilər. Yeri gəlmişkən? bunu da qeyd edim ki, xalq artisti Lütfəlli Abdullayevin həyat yoldaşı Sevda Pepinova Əhməd bəyin qızıdır. Elə buna görə də bizim iki nəsil – Nemanzadə və Pepinovlar şəcərəsi bir-biri ilə sıx bağlıdır.
Mən və böyük bacım Aytən Pepinova nənəmiz Kamilə Nemanzadəni görmüşük; babamız İskəndər Pepinov 1972-ci ildə – böyük bacım anadan olan il vəfat edib. Yadımdadır ki, uşaq vaxtlarımda nənəmin bacısı Adilə Nemanzadəyə tez-tez baş çəkməyə gedərdik – o, 1992-ci ildə vəfat etdi. Həmçinin nənəmizin kiçik bacısı bizi çox sevən Bəxtli Nemanzadə ilə də sıx əlaqə saxlayırdıq. O isə 2008-ci ildə dünyasını dəyişdi.
Ömər Faiq Nemanzadə və ailəsi
Ülvi xanım, zəhmət olmasa, fürsət varkən bir qədər Ömər Faiq Nemanzadənin ailəsi və övladları haqqında oxucularımıza məluamat verərdiniz.
Oğlu Kamil (1911-1986), qızları Kamilə (1913-1992), Adilə (1915-1992), Bəxtli (1917-2008), həyat yoldaşı isə Abidə xanım (1861- 1961) olub.
Kamilə Pepinova (Nemanzadə)
Kamil Nemanzadə Siberya Komidə Anna Starikova ilə evlənib. Onların uşaqları isə Valeriy, İskəndər, Nadejda Nemanzadədir.
Kamilə Nemanzadə İskəndər Pepinovla ailə qurub. Onların övladları isə Rauf (1939-1999 ), Fuad (1943), Güllərə (1950) Pepinovlardır.
İskəndər Pepinov və Kamilə Nemanzadə
Adilə Nemanzadə Asad Əsizadə ilə ailə qurub. Övladları var, Əkrəm (1942), Nigar (1948) Əzizadələr.
Bəxtli Nemanzadə ailə qurmayıb.
Bəxtli Nemanzadə
Tibb İnstitutunun məzunu olan Kamil Nemanzadə pan-türkçü elan edildikdən sonra 9 ay ərzində həbsxanada işgəncələrə məruz qalıb. Daha sonra Kedrovıy Şor, Komi, Sibir Muxtar Sovet Sosialist Respublikasına sürgün edilərək ömrünün 20 ilini Sibir düşərgələrində keçirib. Bu illər ərzində Kamil Nemanzadə düşərgələrdə əzab-əziyyət çəkən məhkumları xilas edən bir həkim kimi tanınmışdı. 1956-ci ildə bəraət qazanaraq Bakıya - ailəsinin yanına dönür və ömrünün sonuna qədər fədakarlığı və təcrübəsi ilə böyük hörmət qazanan bir həkim olaraq fəaliyyət göstərir.
Qızları – Kamilə, Adilə və Bəxtli Bakıda "xalq düşməninin" övladları kimi yaşayıblar. 70-ci illərdə Sovet tarixi ilə bağlı yeni araşdırmalarla məşğul olan bir sıra tarixçi və jurnalistlər Ömər Faiqin qızları ilə əlaqə yaradaraq yeni tədqiqatlara başlayıblar.
- İctimai fəaliyyətinə keçməzdən əvvəl istərdik qısaca, Nemanzadəni bizə bir ulu baba kimi təqdim edərdiniz; onun haqqında eşitdiklərinizdən, ailə söhbətlərindən nə bölüşə bilərsiniz?
- Ömər Faiqin və tibb institutunu bitirdikdən sonra Türkiyənin casusu kimi həbs edilən oğlu Kamilin faciəli taleyi, həbsxanalarda məruz qaldığı işgəncələr Komi SSR-də 20 illik düşərgə həyatı onun uşaqlarının da həyatında iz qoyub. Onlar Bakıda yaşayarkən hər an həbs olunacaqlarını gözləyirdilər. Onlar ataları və qardaşlarına olan ehtiramlarını gizlətmirdilər. Sürgündə olan qardaşları Kamillə məktublaşırdılar. Babam İskəndər Pepinov Meşə Təsərrüfatı Nazirliyinin əməkdaşı və meşəçilik kombinatının direktoru olduğu vaxtlarda hər an NKVD-nin onun da dalınca gələcəyini gözləyirdi. Çarpayısının altında içində isti corablar və pal-paltar olan torbanı hazır saxlayırdı.
Atam Fuad, əmim Rauf və bibim Gülarə yetkinlik yaşlarına çatandan sonra tədricən babalarının şəxsiyyəti, ideyaları, işi və amalı, faciəli həyatının reallığını öyrənməyə başlayırlar. Əmiləri Kamil Nemanzadə Sibirdən Bakıya qayıtdıqdan sonra həbsxana və sürgün həyatının məşəqqətlərindən söhbət açır, nələrdən keçdiyini danışırdı. Düşünürəm ki, hətta mən də bütün bunları tam təsəvvür eldə bilmərəm, yalnız atamın mənə danışdıqlarını bilirəm.
Sitərə Pepinova, Güllarə Pepinova, Bəxtli Nemanzadə, Fuad Pepinov
Ailə şəcərəmizin yenidənqurma və SSRİ-nin dağılması illərində böyümüş və mənim yaşda olan nümayəndələri ailəmizin tarixini valideynlərimizə nisbətən, daha erkən yaşda öyrənmək imkanı qazanmışıq. Mən uşaqlıqdan «Molla Nəsrəddin» jurnalının evimizdə olan orijinal nüsxələrindəki karikaturalarla tanış idim. Təəssüf ki, ulu nənəm Abidə xanım və onun qızları NKVD-nin ittihamlarından qorxaraq Ömər Faiqin məktubları və bir çox sənədləri yandırmışdılar. Ailə fotoları qalmışdı. Ulu babamın ictimai rolu və dəyərini Azərbaycan və Türkiyədən olan tarixci və jurnalistlərin onun şəxsiyyətinə göstərdikləri maraq, nənəm Kamilə, onun bacısı Bəxtli və atam Fuad Pepinovla apardıqları musahibələrdən başa düşmüşdüm.
- Siz Rusiyada doğulmusunuz, hazırda İngiltərədə yaşayırsınız - Nemanzadədən sonra sizin yaşayış coğrafiyanız hansı səbəblərdən və necə dəyişdi?
- Rusiyada yaşamağımızın səbəbini izah edim: atam Fuad Pepinov Bakıda məktəbi bitirdikdən sonra Moskva Energetika İnstitutuna daxil olmuşdu. İnstitutu bitirdikdən sonra SSRİ EA-nın İnformasiya Ötürücüləri Problemləri institutunun aspiranturasına qəbul olunur, sonra Elmi Tədqiqat Rabitə və idarəetmə institutunun poçt şöbəsinin müdiri vəzifəsinə təyin olunur, daha sonra isə Rusiya EA-nın İnformatika Problemləri İnstitutuna qayıdır.
Axısqa Türklərinin "Vətən" ictimai təşkilatının sədr müavini kimi bu günə qədər Axısqa Türklərinin Gürcüstandakı tarixi yurdlarına qayıtması məsələsi ilə fəal məşğul olur.
1999-cu ildə Gürcüstan Avropa Şurasına üzv olarkən Gürcüstana Axısqa türklərinin geri qaytarmaq barədə öhdəlik qəbul etdirmək prosesində mühüm rol oynadı.
Krasnodarda Axısqa türklərinin sıxışdırıması məsələsi ilə bağlı Avropa Şurasındakı bütün FUEN (Federal Avropa Azlıqlar Birliyi) qərarlarının müəllifidir və 2003-cü ildə ortaq qrupun, Axısqa türklərinin Krasnodar vilayyətindən ABŞ-a köçürülməsinə dair bəyanatın əsaslandırılmasında həlledici rol oynamışdı.
Onun təklif etdiyi "təxliyə" ifadəsi qərar üçün əsas kimi qəbul edilmişdi. Axısxa türkləri hələ Stalin rejimi dövründə deportasiya edilmiş və hələ də vətənlərinə dönməmiş yeganə xalq olaraq qalır.
Anam Bakıda Tibb İnstitutunu bitirdikdən sonra 1971-ci ildə atamla ailə qurur və Moskvaya köçməli olur. O, Rusiya Federasiyasının məhkəmə tibbi ekspertizasının baş bürosunda məhkəmə tibbi ekspert vəzifəsində çalışıb.
Fuad Pepinov və ailəsi
Mən isə Bakıda anadan olmuşam, valideynlərim Moskvada yaşasalar da, çalışırdılar ki, onlar da öz valideynlərinə tez-tez baş çəksinlər. Mən həm Moskvada, həm də Türkiyədə biznes təşkilatı üzrə (business administration) oxuyurdum. Təəssüf ki, güclü bir zəlzələdən sağ çıxaraq 1999-cu ildə son kursu bitirmədən Türkiyəni tərk etdim. Moskvadakı ikinci universiteti (RGGU) bitirdikdən bir müddət sonra İngiltərəyə köçdüm, burada təhsilimi davam etdirdim və bu günə qədər ailəmlə birlikdə burada yaşayır və işləyirəm, Bakı və Moskvadan sonra bura mənim üçün üçüncü vətən oldu.
Qohumlarımızın əksəriyyəti Bakıda yaşayır, ancaq Rusiya və Avropanın digər ölkələrinə köçənlər də var. Azərbaycanın bölgələri də daxil olmaqla Bakı ilə və qohumlarımızla əlaqəmizi heç vaxt itirməmişik.
- Qısa müddət əvvəl sizin Ömər Faiq Nemanzadə ilə bağlı müraciətiniz yayıldı.
Müraciətdə Ömər Faiqin unudulmaq üzrə olduğunu, artıq bir müddət sonra gənc nəslin onu tanımayacağı təhlükəsinin yarandığını vurğuladınız. Sizcə bu zərurət – Ömər Faiqin xidmətlərinin kölgədə qalması nə ilə bağlıdır?
- Bu gün yeni nəsil öz ölkələrinin tarixini dərk etmək üçün yeni texnoloji imkanlar əldə etmişlər və onlar bir qayda olaraq və təəssüf ki, sovet tarixi modelinə əsaslanırlar, onun kökündə isə türk fobiyası və sovet ideologiyası dayanır. Mənə bu materialları rus dilindəki mənbələrdən oxumaq asan olduğuna görə bu tendensiyanı Azərbaycanın rusdilli mənbə və portallarında da izləyirəm. Gənc nəsil (təəssüf ki, nəslin böyük hissəsi) nə peşəkar dərin biliklərə, nə də zəruri elementar məlumatlara malik deyil. Azərbaycanın 20-ci əsrin birinci yarısındakı tarixinə yeni baxış tələbatı mövcuddur.
Düşünürəm ki, Ömər Faiqin ideologiyası və şəxsiyyətinin diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri də məhz budur.
- Bu yöndə müşahidə aparmış bir şəxs kimi bu məsələdə qərəz hiss edirsiz, yoxsa Nemanzadə isminin lazımınca sadalanmaması plansız şəkildə baş verib?
- Yox, bu məsələdə həmvətənlərim tərəfindən qərəzlilik hiss etmirəm, əksinə, Ömər Faiqin şəxsiyyəti və yaradıcılığı ilə tanış olanlar Azərbaycan tarixində belə bir parlaq şəxsiyyətin olmasından yalnız qürur duyurlar. Təbii ki, Ömər Faiqin həmvətənləri tərəfindən qiymətləndirilməsinə dərin dini mahiyyət verilməsi absurddur. Ömər Faiq milli dirçəliş yolunda təhsilə böyük önəm verən və bu yolda ən böyük maneənin savadsız mollalar olduğunu təkidlə qeyd edirdi.
Onun anti-klerikallığı və «Molla Nəsrəddin»in karikaturaları dini görüşlərə toxunmurdu. Digər tərəfdən, erməni və gürcü müəlliflər Ömər Faiqi uzun saqqallı, «Allahu-Əkbər» kəlməsi ilə dinsizlərlə mübarizəyə səsləyən qatı dini fanatik kimi qələmə verirdilər.
Mən əminəm ki, bizim Azərbaycan cəmiyyəti üçün Ömər Faiqin amalını və onun türk cəmiyyətindəki durğunluğu və bundan azad olmaq uğrunda apardığı mübarizənin əhəmiyyətini qiymətləndirməmək böyük tarixi itkidir. Düşünürəm ki, bu gün bu məsələ çox aktualdır.
Mənim müşahidələrimə görə, Azərbaycan cəmiyyətində yalnız iki kateqoriya – ya Azərbaycan dilini bütün incəlikləri ilə bilən, ya da ADR-in tarixini mükəmməl bilən insanlar bu şəxsiyyətin tarixi dəyərini bilir. Digərləri isə eyni bir sualı verir - Ömər Faiq kimdir axı?
- Ömər Faiq Nemanzadə ilə bağlı bu gün heç yerdə olmayan informasiyalar varmı ki, onları yalnız siz bilirsiz, hər an həmin informasiyalar tarixə qovuşa bilər. Belə məqamlar varsa, lütfən, bizimlə bölüşün.
- Məndə bu günə kimi gizli saxladığımız və ya heç kimlə paylaşmadığımız hər hansı bir məlumat yoxdur, heç bir faktı gizlətməmişik.
Bəxtli Nemanzadə, Aytən Pepinova
- Bu bir tarixi fakt olsa da, əksər şəxslər Nemanzadənin “Molla Nəsrəddin” jurnalının təsisçisi olduğunu bilmir. Jurnal birmənalı şəkildə digər maarifçimiz Mirzə Cəlilin adı ilə bağlıdır. Ömər Faiqin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətinin lazımınca işıqlandırılmamasının sizcə xüsusi səbəbləri varmı? Niyə Nemanzadənin jurnaldakı fəaliyyəti Mirzə Cəlilin kölgəsində qalır, yaxud saxlanır?
- Hamıya məlumdur ki, fəaliyyəti sovet ideoloji modelinə uyğun gəlməyən, repressiya olunmuş, güllələnmiş müəlliflərin birmənalı olaraq Sovet İttifaqında tədqiq və təbliği qadağan olunmuşdu. Sovet tarixşünaslığında «Molla Nəsrəddin»in əsas ideologiyası kimi jurnalın sovet dövründəki materialları qabardılıb və bu, bu günə kimi davam edir. Düşünürəm ki, jurnal illər üzrə məna tutumuna görə araşdırılmayıb. Jurnaldakı satiranın mənası, ideyaları Ömər Faiqin zamanında və ondan sonrakı illərdə bir-birindən kəskin şəkildə fərqlənir.
Mirzə Cəlil və Ömər Faiq Cəlil Məmmədquluzadənin son günlərinə kimi yaxın dost olaraq qalıblar. Ancaq Ömər Faiq onun dostu olsa da, sovet hakimiyyətinin təkidli tələblərinə baxmayaraq, jurnalda fəaliyyətini davam etdirməkdən imtina edib. Bu da onun yaradıcılıq idealları ilə bağlıdır.
Sovet dövrü ərzində soydaşlarımız üçün elə bir vəziyyət, bir tarixi «həqiqət» formalaşmışdı ki, onu dəyişmək olduqca çətin idi, halbuki Mirzə Cəlil öz memuarlarında Ömər Faiq haqqında ətraflı yazıb.
Mənim üçün vəziyyəti obyektiv, hətta subyektiv də qiymətləndirmək çox çətindir, çünki mən bu ölkədə yaşamıram və hər şeyi düzgün şərh edə bilmərəm. Bunların düşünülmüş şəkildə və ya düşünülmədən edildiyini də deyə bilmərəm. Başa düşürəm ki, Azərbaycanda dərsliklər və proqramlarla bağlı məsələlər də yaxşı vəziyyətdə deyil, çox vaxt mətnlər dəyişdirilir, sadələşdirilir, adaptasiya edilir, bunların hamısına nəzarət etmək mümkün deyil. Buna görə də hesab edirəm ki, heç bir iddia irəli sürmədən və heç kimi qınamadan Azərbaycan cəmiyyətinə birbaşa öz əsas fikrimi çatdırmaq üçün müraciət etməyim daha düzgündür. Hesab edirəm ki, azərbaycanlılar öz tarixlərini olduğu kimi, təhrif olunmamış bilməlidirlər.
Birinin xidmətlərini bərpa etməyə, həqiqətləri üzə çıxarmaya çalışmaq, digərinin əhəmiyyətini azaltmaq demək deyildir. Ömər Faiq haqqında diqqətdən kənarda qalanlar barəsində ictimaiyyətiməlumatlandırmaq, onun yaxın dostu və həmfikiri olan böyük ədibimiz Mirzə Cəlil Məmmədquluzadənin adına xələl gətirmək anlamına gəlmir. Əminəm ki, nə Ömər Faiq, nə də onun qolları üzərində vəfat etmiş dostu Mirzə Cəlil, onlardan birinin nüfuzunun yüksəklərə qaldırılmasını, digərinin isə kölgədə qalmasını istəməzdi.
Birini taxta çıxarmaq, digərini isə aşağı salmaq meyli Sovet elmi tarixində geniş yayılmışdı və Ömər Faiq ilə bağlı durum bir istisna deyildi. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, müasir Azərbaycanın elmi mühitində, habelə humanitar elmlərdə birtərəfli yanaşmanı şərtləndirən köhnəlmiş metodologiyanın əvəzinə beynəlxalq standartlara uyğun elmi tədqiqat metodları daha fəal şəkildə tətbiq olunacaq, beləliklə də, tariximizin yenidən nəzərdən keçiriləcəyinə ümidlə baxa bilərik.
Ömər Faiq Nemanzadə
- Sizdə Nemanzadənin siyasi fəaliyyəti ilə bağlı hansı faktlar var?
- O, Axısqa Müvəqqəti Hökumətinə sədr seçilmişdi. Ömər Faiq bu vəzifəyə gəldikdən sonra Osmanlı hərbi qüvvələrinə müraciət edərək Osmanlı ordusunun bu bölgədən geri çəkilməməsini və qurduqları hökumətin Gürcüstana dəstək olmalarını istəmişdi. Ömər Faiqin Osmanlı Dövlətinə birləşmək üçün hökumət qurulmamışdan öncə 1918-ci ilin dekabrında İstanbula gələrək Tələt Paşa, Ənvər Paşa və Xəlil Bəy ilə şəxsən görüşdüyünü Naki Keykurun (Şeyxzamanlı) xatirələrindən öyrənirik.
Ömər Faiqin ictimai-siyasi fəaliyyəti onun həyatının ayrıca bir səhifəsidir, bunu da Azərbaycanın müasir elmi dairələrində heç kim tam araşdırmayıb. Bu barədə Ömər Faiq Nemanzadə saytında (omarfaig.info) geniş məlumat var. Ömər Faiqin ictimai-siyasi fəaliyyətini xronoloji ardıcıllıqla izləyə bilərsiniz; mən bunları onun bioqrafiyasının son tədqiqatçılarının köməyi ilə bərpa etmişəm. Eyni zamanda, Ömər Faiqin Azərbaycan Demokratik Respublikasında fəaliyyəti haqqında daha ətraflı məlumatlar yer alıb.
- ADR dövrü şəxsiyyətlərinin təbliği müstəvisində son illər fərdi iş görülən – yəni ailə üzvləri tərəfindən təbliğat aparılan bəlkə də yeganə şəxsiyyət Ömər Faiq Nemanzadədir. Yəni sizin və ətrafınızın sayəsində biz sosial şəbəkələrdə tez-tez Ömər Faiq adına rast gəlirik. Bu fəaliyyət ideyası hardan yarandı?
- 80-90 illərdə Ömər Faiqə çox maraq olduğunu özüm gördüyüm üçün heç təsəvvür də edə bilməzdim ki, onun adı Azərbaycanda həm elmi ictimaiyyətdə, həm də mediada yalnız təsadüfi və nadir hallarda yad ediləcək və “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti lazımınca işıqlandırılmayacaq, hətta onun adı jurnaldan o qədər silinib ki, o, jurnalın kollektivində yoxmuş kimi idi, halbuki jurnalın yaradıcı qüvvəsini o, Mirzə Cəlillə birlikdə bir araya gətirən şəxs olub.
Bu səbəblərə görə xatirə - məlumat saytını yaradaraq jurnal, qəzet və məlumat portallarına Ömər Faiqin, ən yaxın dostu və həmfikiri olan Mirzə Cəlil qədər «Molla Nəsrəddin» jurnalının ərsəyə gəlməsində böyük rolu zəhməti olduğunu, hətta jurnalın satirik karikatura jurnalı kimi fəaliyyət göstərməsi fikrinin ona aid olduğunu, lakin Türkiyədə təhsil aldığı üçün və eyni zamanda çar hakimiyyəti tərəfindən liberal düşüncələrin təbliğatçısı kimi tanındığı üçün mətbəə açmasına qəti şəkildə icazə verilmədiyini xatırlatmağı özümə mənəvi borc bildim.
Ülvi Pepinova
- Hazırda yaşadığınız yerdə Ömər Faiqlə bağlı hansısa tanıtım işləri görürsünüzmü, yaxud buna ehtiyac varmı?
- Hələlik qərb auditoriyasını Ömər Faiq şəxsiyyəti ilə tanış etmək və populyarlaşdırmaq istiqamətində elə bir geniş miqyaslı iş aparmıram, ancaq mən saytın bütün mətnini ingiliscə hazırlamışam və bundan sonra da ingilis dilində yeni materiallar çap etməyə çalışacağam. Bu sayt sayəsində Amerikadan olan professorlar iki dəfə müraciət etmişlər.
Buna baxmayaraq, ilk növbədə çalışıram ki, Ömər Faiqin ideologiyasını kimin maariflənməsi, işıqlı gələcəyi uğrunda həyatını qurban verdiyi insanlara çatdırım, onlar unutmasınlar.
Bütün digər Avropa ölkələrində olduğu kimi, İngiltərədə də Azərbaycan diasporası eyni bir problemlə üzləşir – bizi tanımırlar, ya da az tanıyırlar və qərb auditoriyasına çatan o cüzi informasiya yalnız neqativ mahiyyət daşıyır. Bununla əlaqədar olaraq, diasporumuzun işində Azərbaycan və İngiltərədəki azərbaycanlılarla bağlı daha qlobal məsələlərdə, xüsusən də Ermənistanın Tovuz yaxınlığındakı təcavüzü məsələsində yaxından iştirak etməyi özümə borc bilirəm.
Hicran Pepinova və nəvəsi Leyla Ceyms
- Bir neçə gün öncə xalqa səslənmişdiniz. Ömər Faiq adına daha çox kimlərdən diqqət gözləyirsiniz? Bu yöndə hansı addımların atılmasını zərurui sayırsınız?
- Hər şeydən əvvəl, Azərbaycanın elm adamlarından, tarixçilərdən – ümumiyyətlə elmi dairələrdən, Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyindən dəstək gözləyirəm. Əlbəttə, gənc nəslin nümayəndələrini, tələbələri və tarixə maraq göstərənləri bu sırada görmək istərdim.
- Ülvi xanım, sizə həm ulu babanız, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Ömər Faiq Nemanzadənin fəaliyyət və yaradıcılığının gənc nəslə çatdırılması yönündə, həm də fərdi, rəssamlıq fəaliyyətinizdə uğur arzulayırıq. Müsahibəyə görə təşəkkür edirik. Sizə ünvanlamadığımız, amma cavablamaq istədiyiniz bir məqam qaldısa, lütfən onu da qeyd edin.
- Çox istəyərdim ki, 2022-ci ildə Azərbaycanda Ömər Faiqin anadan olmasının 150 illik yubileyi qeyd edilsin, daha onun adı kölgədə qalmasın, yalnız dar çərçivədə mütəxəssislər arasında xatırlanmasın, onun şəxsiyyətinin böyüklüyünü, bu gün də aktuallığını itirməmiş, irsi və ideyaları düzgün dərk edilsin. Ömər Faiqin əsas postulatını başa düşsünlər: inkişaf yolu Rusiyanın təhkimçilik üzərində qurulmuş müstəmləkə ideologiyasında deyil (bunun nəticələri bu gün də aşkardır) , liberal dünyagörüşü formalaşdıran ümumi maarif, savadlanma üzərindən keçir.
kulis.az