Britaniya hökuməti benzin yanacağı işləyən yeni avtomobillərin satışına qadağa tətbiq etməyə hazırlaşır: Təmiz enerjiyə keçid planlarında nəzərdə tutulduğu kimi bu, 2040-cı ildən deyil, 2030-cu ildən başlayacaq.
Cenub.az xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri yayıb.
Bu tədbir Birləşmiş Krallıq yollarında elektrikli nəqliyyat vasitələrinin yayılmasını sürətləndirməlidir. Avtomobillərdə daxili yanma mühərriklərinin ləğvi üçün yeni bir “yol xəritəsi”nin sentyabr ayının sonunda açıqlanacağı gözlənilirdi. Nəşr üçün mənbələr bunun daha sonra, 2020-ci ilin sonunda baş verəcəyini söyləyirlər, çünki hökumət indi artan koronavirus hadisələri ilə mübarizə aparmaqla məşğuldur.
Klassik güc aqreqatlarına sahib yeni avtomobillərin satışını tamamilə qadağan edən ilk ölkə 2025-ci ildə Norveç olacaq.
Almaniya, İrlandiya və Niderlandda qadağa 2030-cu ildə tətbiq olunacaq. Fransada ekoloji cəhətdən təmiz avtomobillər 2040-cı ilə qədər rəqabətsiz olacaq.