Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müsabiqə başlayır - “Elim mənim, yurdum mənim”. 1-ci mükafat 300 manat


Müsabiqə “Masallı Təhsil Fondu” və “Cənub Xəbər TV”-nin  

təşkilatçılığı ilə keçiriləcək

Müsabiqənin şərtləri barədə cənub xəbər tv-nin  redaktoru Zahir Əmənovun “Masallı Təhsil Fondu”nun təmsilçisi Araz Şahverdiyevlə müsahibəsini sizə təqdim edirik.

Araz müəllim, öncə tamaşaçılara açıqlama verərdiniz ki, belə bir müsabiqənin keçirilməsi hansı zərurətdən yarandı?

Araz müəllim:- Masallının tarixinin öyrənilməsi hamımız üçün vacibdir.  “Masallı təhsil fondu” da bu sahədə geniş işlər görür və daha maraqlı işlər planlaşdırır.  Təbii ki, bir mətbu orqan kimi siz də bu işlərdə ən fəal tərəfdaşlarımızdansınız. Bu barədə - çox mükəmməl işçi qrupu tərəfindən hazırlanan Masallı ensiklopediyası barədə ətraflı məlumat verəcəyik.  Millət vəkili Məşhur  müəllim də həmişə olduğu kimi belə xeyirxah işlərin önündədir və ən fəal dəstəkçilərindəndir.


İndi isə konkret şərtləri sadalayıram        


1.  Müsabiqə Masallı rayonu ərazisini əhatə edir.

2. Müsabiqədə iştirak etmək arzusunda olan hər hansı təşkilat, qrup, yaxud şəxs yaşadığı ərazi haqqında müddəti 5 dəqiqədən çox olmamaq şərti ilə video çarx təqdim etməlidir.

3. Video çarxlar bir ərazi dairəsi üzrə, yaxud da həmin ərazidəki ayrı-ayrı kəndlər üzrə də ola bilər.

4. Hər ərazi dairəsi, yaxud kənd üzrə bir neçə video-çarxın da təqdim olunması mümkündür.


Sual - Həmin video-çarxlarda əsas nələr öz əksin tapmalıdır?


Cavab: - Öncə Ərazinin qısa tarixi, 

  • varsa abidələri, 
  • tanınmışları,
  •  digər özəlliklər video-çarxda öz əksini tapmalıdır.

Onu da qeyd edim ki, bu vaxta qədər hazırlanmış video-çarxlar isə qəbul olunmur.


Sual - Video çarxlar necə təqdim olunacaq?

7. Video-çarxlar montaj olunmuş, lakin YouTube-a yüklənməmiş halda təqdim edilməlidir.

 Çünki müsabiqədə baxış sayları da nəzərə alınacaq. Buna görə, ilkin mərhələdə təşkilat komitəsinə verilməlidir ki, həmin videolar YouTube-a eyni gündə yüklənsin?

8. Video-çarxla birlikdə onu təqdim edən qrupun, yaxud şəxsin, eləcə də ssenari müəllifinin və operatorun adı, soy adı, ata adı, ünvanı və telefon nömrəsi qeyd olunmalıdır.

9. Müsabiqəyə 2020-ci il oktyabrın 1-dən start veriləcək və bu il oktyabrın 31-dək davam edəcək.

Mükafatlar və diplomlar 9 noyabr – Azərbaycanın Dövlət Bayrağının bayramı ərəfəsində təqdim olunacaq.


Sual: -indi keçək necə deyərlər, əsas məsələyə, 

  qaliblər necə mükafatlandırılacaq?


Cavab: - mükafatlar konkret aşağıdakı məbləğdə olacaq


  • 1-ci yer. 1 mükafat-300 manat
  • 2-ci yer. 2 mükafat hər biri 200 manat,
  • 3-cü yer. 3 mükafat. Hər biri 100 manat.

Təşkilatı və texniki işlər üçün 300 manat.

Bundan əlavə   5 həvəsləndirici mükafat da nəzərdə tutulub.

10. Qaliblərə xüsusi mərasimdə pul mükafatı ilə birlikdə   həmçinin  diplomlar təqdim olunacaq.


Sual: - Bəs qaliblər necə qiymətləndiriləcək?

Cavab: -Əsas ballar məzmuna 

görə olacaq                                 40 bal,

  • Operator işinə görə -                 30 bal,
  • Bəyənmələrin  sayına görə -    30 bal.


Sual: Bəs münsiflər heyəti kimlər olacaq?


Cavab: - Bu gizli saxlanılır ki, iştirakçılar onlarla əlaqə qıra bilməsin.   Bir az da konkretləşdirsək,  onların sırasında paytaxtdan da,  bölgədən də ən  peşəkarlar olacaq.  Və təqdimat gününədək adları gizli saxlanılacaq.


Video-çarxları montaj oldunduqdan sonra fayl formasında  təşkilat komitəsinə gətirən şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə təqdim olunmalıdır.

  • Müsahibə üçün sağ olun.


Redaksiyadan.

Video-çarxlar cənub xəbər tv-də nümayiş olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 10-a kimi təşkilat komitəsinə yazılı və şifahi müraciət edə bilər.

Müsabiqənin təşkilində Masallı icra hakimiyyətinin, onun yerlərdəki nümayəndələrinin, bələdiyyələrin də köməyinə ümid bəsləyirik.

Bu arzuda olanlar aşağıdakı göstərilən ünvan və telefonlar vasitəsi ilə təşkilat komitəsindən əlavə tovsiyələr ala bilər və

Əlaqə telefonları və ünvan:

-Masallı şəhəri, S. Vurğun küçəsi, 10

Cənub xəbər TV-nin ofisi.

Telefonlar:

-050 (70) 322 75 23 (nömrə həm də  Whatsappdır) 

21 5 30 47

Maraqlı məlumat üçün təşəkkürlər. Ümidliyik ki, maraqlı müsabiqənin şahidi olacağıq.

Yəqin ki, bu 5 dəqiqəlik video çarxlar rayonumuzu bizə daha yaxından tanıdacaq. Həm də bəlli olacaq ki, hansı qəsəbədə, kənddə hansı istedadlar, hansı səviyyəli ssenaristlər, operatorlar, öz yurduna necə bağlı olanlar var? 

Müsabiqənin gedişi ardıcıl işıqlandırılacaq.

Təşkilat komitəsi. 

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10