Cenub.az xəbər verir ki, Yazartv.az saytının baş redaktoru Polis Şöbəsinə çağrılıb.
Mənbəmizin veridyi məlumata görə Cəlilabad rayonunun gənc fəalı Yazartv.az saytının baş redaktoru Cəfərov Elşən Oktay oğlu “RTŞ müdiri Qərənfil Əhmədova Qəbristanlıqda aylıq yığdırır” başlıqlı yazısına görə polisə çağrılıb. Cəlilabad RİH nin başçısı Namiq Zeynalovun xüsusi tapşırığına əsasən 19.09.2020-ci il tarixində Cəlilabad RPŞ-nə çağrılan Elşən Cəfərov şöbənin müavini Rövşən Quliyev tərəfindən hədə qorxu gəlinərək həmin yazını pozdurmuşdur.
Jurnalist Elşən Cəfərov
Cənab Prezidentin korrupsiyaya qarşı ictimai nəzarətin gücləndirilməsi çağrışına qoşulan Elşən Oktayoğlu RTŞ müdirinin təhsildə yaratdığı neqativləri yazaraq əslində cənab Prezidentin dediklərini edib. Ancaq görünən odur ki, E. Cəfərov ölkəsinə, prezidentinə sədaqətli olduğu halda, Cəlilabad RİH başçısı Namiq Zeynalov tərəfindən təqib edilməsi , onların müxalifət cərgələrinə qoşulmağa təhrikinə səbəb olur. Namiq Zeynalov icra başçısı təyin edildikdən sonra xeyli sayda savadlı gəncin müxalifət sıralarına qoşulduğu bildirilir. Artıq Namiq Zeynalovun timsalında heç kəs bu hakimiyyətin düzələcəyinə və islahatlarına inanmaq istəmir. Bu və ya digər qanunsuzluqların araşdırılması üçün cənab Prezident xüsusi nüməyəndə heyyəti göndərməli və sorğuları yalnız əhali arasında keçirtdirməlidir deyə düşünürük.
Cəlilabad təhsilini bazara çevirən “üçlük”
Sosial şəbəkədə isə Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova ilə bağlı narazılıqlar səngimək bilmir. Amil Əhmədov adlı sosial şəbəkə istifadəcisinin iradlarını diqqətinizə çatdırırıq:
Belə hadisələr Cəlilabadda coxdur. Rayonun Sərhədabad kənd məktəbinin direktoru attestatlari 20 manatdan satir. Onu da deyim ki, 75 yaşı coxdan tamam olub və yüksək dərəcəli şəkəri var. Dəmək olar ki, məktəbə təsaduf halda gəlir. Məktəbdə 10 -15 arasi ölu canlari var. Hər müəllimdən ayda 20 man civarinda pul alir. Məktəbin şagirdi hərbi xidmətə gedib və qayıdıb, ailə qurub. Amma attestatını ala bilmir, bir sözlə 20 man ödənməsə verilmir. Bir faktı qeyd edim ki, bütün qohum əqrabasın hamısını məktəbə işçi kimi yazıb. Cəlilabad TŞ-nin müdiri Qərənfil Əhmədova isə buna göz yumur.
Məktəbdə “ölü can” saxlayan direktor
Dosye.org olaraq bir daha Təhsil Naziri Emin Əmrullayevin diqqətinə çatdırmaq istəyirik ki, TŞ-nin müdiri Q. Əhmədova rayon rəhbərliyinin göstərişinə əsasən özbaşınalıqlar edir. Yəni, rayon təhsili şəxsi maraqlara qurban verilir. Bu da əlbətdə ki, Cəlilabad rayonunda böyük narazılıqlar yaradıb. Əgər, doğrudanda qeyd etdiklərimiz faktların şahidi olmaq istəyirsinizsə təcili yoxlamalara start verilsin. Və görünən tərəf böyük korrupsiya hallarından başqa bir şey olmayacaq. Məsələyə yenidən qayıdacayıq. Bizi izləməyi unutmayın…