Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəniləcək...


Xəbər verdiyimiz kimi erməni girovluğunda qalan Dilqəm Əsgərovun (Dilqəm Əsgərov və Şahbaz Quliyev) su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək. 

Bu haqda Moderator.az-a açıqlamasında D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:

“Biz bu məsələyə görə ötən dəfə qurumun sədri hörmətli Əhməd müəllimlə (Əhməd Əhmədzadə) telefon danışığımız olmuşdu. O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziyan təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10