Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

72 yaşlı kişi evinə gələn qonaqları baltaladı


Rusiyanın Penza vilayətinin sakini evinə gələn qonaqları baltalayıb.

Vesti.ru xəbər verir ki, 42 yaşlı kişi 41 yaşlı qadınla 72 yaşlı həmkəndlisinin evinə qonaq gəlib.

İçki məclisindən sonra ev sahibi qonaqları qovmaq istəyib. Lakin qonaq gələn kişi getmək istəməyib.

Ev sahibi balta ilə ona hücum edərək, başına 11, əllərinə isə 9 zərbə endirib. Ağır yaralanan şəxs yerindəcə ölüb. Sonra o, qadının 7 dəfə başına, bir dəfə bədəninə və 3 dəfə əlinə balta ilə zərbələr endirib. Qadın qaçaraq canını qurtara bilib və xəstəxanaya gedib. Ona tibbi yardım göstərilib.

Cinayəti törədən şəxs tutulub. Faktla bağlı araşdırma davam edir.(oxu.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10