Oxucular sual verir – niyə onlarla adam kütləvi şəkildə karantin qaydalarını pozsa da, onlar kütləvi şəkildə cərimələnmir?
Xəbər verdiyimiz kimi bu gün “İctimai Nəzarət Koalisiyası” İB Masallıda tədbir keçirib. Tədbir polis tərəfindən dağıdılıb. Tədbirdə 60-a yaxın adam pandemiya qaydalarını açıq-aşkar pozsa da, yalnız bir nəfər, həmin təşkilatın filial rəhbəri, Masallı İHB-nin sabiq 1-ci müavini Nadir Abıyev 200 manat cərimələnib.
Belə kütləvi tədbirlə Nadir Abıyev güc göstərirmi?
O revanş etmək gücündədirmi? Güvəndiyi təşkilatın bütün fəaliyyəti qanuni və şəffafdırmı?
Tədbir iştirakçıların kütləvi cəzalandırılmaması hansı mətləblərdən xəbər verir - qorxaqlıq, ya humanistlik?
Yaxın vaxtlarda bu mətləblərə daha çox aydınlıq gətirməyə çalışacağıq.
Kim günahsızdırsa, meydana gəlsin. Rəhbərlik etdiyim Cenub.az saytında və Cənub Xəbər TV-də onun mövqeyini işıqlandırmağa, maraqlı tərəflərlə debatın təşkil etməyə hazırıq. Həm də tərəfsiz, qərəzsiz. Kim meydandan qaçırsa, demək, “torbada pişik var”.
Zahir Əmənov? cenub.az