Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıdan 2 bəd xəbər


Bir nəfəri elektrik vurdu, bir evdən isə 5 min manatlıq qızıl əşyalar

oğurlandı.




Ərkivan qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.


Qəsəbənin Abbaslı məhəllə sakini Əşrəf Ələkbər oğlu Səfərova məxsus evə 9 iyul 2017-ci il tarixdə, axşam saatlarında naməlum şəxs və ya şəxslər daxil olub.

Oradan ümumi dəyəri 5000 manatdan artıq olan qızıl zinət əşyaları və 850 manat dəyərində nağd pul oğurlayıblar.

Hələlik hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil.


Masallıda 26 yaşlı oğlanı cərəyan vuraraq öldürüb.


Hadisə Masallı şəhərinə bitişik İsgəndərli ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Bəhrəm Müslüm oğlu Heydərov elektrikdən ehtiyatsız davrandığından onu cərəyan vurub.

Yaralı yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da yolda keçinib.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10