Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ səfiri Tofiq Yaqublu və Fuad Qəhrəmanlının vəkilləri ilə görüşüb


Müsavat Partiyasının və Milli Şuranın üzvü, 16-cı gündür aclıq edən Tofiq Yaqublunun vəkili Nemət Kərimli və AXCP Rəyasət Heyətinin həbsdəki üzvü Fuad Qəhrəmanlının vəkili olmuş Bəhruz Bayramov ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında səfir Li Litzenberger ilə görüşüblər.
B.Bayramov “Pressklub.az”a bildirib ki, iki saata yaxın davam edən görüşdə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi məhbuslar, vəkillik fəaliyyətinə yaradılan problemlər, ombudsmanın fəaliyyəti ilə bağlı məsələlər haqda fikir mübadiləsi aparılıb. Vəkil qeyd edib ki, Tofiq Yaqublu və Fuad Qəhrəmanlının hüquqlarının müdafiəsi də diqqət mərkəzində olub.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10