Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək


Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yerləşidiyi binanın boşaldıldığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Əli Həsənov vəzifədən azad edildikdən sonra BMM fəaliyyətini dayandırıb. 
Bununla yanaşı həmin binada yerləşən və Əli Həsənova aid olan təsisatlar fəaliyyətsiz qalıb. İndi həmin bina keçmiş köməkçinin nəzarətindən çıxarılır. Artıq binanın boşaldılmasına başlanılıb.
Cenub.az-ın əldə etdiyi məlumata görə, bina “Azərbaycan” Nəşriyyatının balansına verilə bilər. Həmin bina onsuz da sözügedən qurumun ərazisində inşa edilib. Bu faktı “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov da təsdiqləyib. 
O, bir müddət əvvəl mediaya açıqlamasında deyib ki, o vaxt nəşriyyatın ərazisində Əli Həsənova yer ayrılıb. “O vaxtı dövlət tərəfindən elə məsələhət oldu ki, nəşriyyatın ərazisində Əli Həsənova yer verilsin. Əli Həsənov həmin ərazidə mətbuat evi tikib. Onu Əli Həsənova mən verməmişəm, dövlət tərəfindən verilib. Axı mən kiməm ki, Əli Həsənova ərazi verim? Ora mənim dədəmin, babamın yeri deyil. Bu məsələnin mənə heç bir bağlılığı yoxdur", - deyə o qeyd edib.
İndi binanın yenidən “Azərbaycan” Nəştiyyatının balansına veriləcəyi tamamilə məntiqli görünür.
Yenisabah
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10