Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda “Nifrət dili haqqında” qanun qəbul olunacaq


Milli Məclisin İnsan hüquqları komitəsinin payız sesiyasının işlər planı məlum olub.

Cenub.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc məlumat verib.

O bildirib ki, 3 yeni qanun layihəsi ilə bağlı müvafiq qurumlarla birgə müzakirələr aparılır:

“Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, buna çox ciddi ehtiyac var. “Diaspor fəaliyyətinin tənzimlənməsi haqqında” qanun layihəsinin üzərində iş gedir. Düşünürəm ki, payız sessiyasında bu qanun qəbul ediləcək. Bundan əlavə, Vəkillər Kollegiyası ilə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10