Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qəddafinin milyardları hara yoxa çıxdı?”- “BBC”-nin yeni filmində...


"Bu varidat üçün casuslar, xüsusi təyinatlılar, siyasətçilər və ölkənin ən yüksək siyasi dairələrinin üzvü olan hər kəs uzun müddət “ov edib”..."



Britaniyanın “BBC Four” tele-radiokompaniyası  Liviyanın müsəlman lideri Müəmmar Qəddafinin ölümündən sonra qeybə çəkilmiş 12,5 milyard dollarlıq vəsaitin taleyi ilə bağlı tammetrajlı sənədli araşdırma filmi çəkəcək.

Cenub.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.

Prodüser Bruk Leppinqin sözlərinə görə, milyardların izinə iki hollandiyalı jurnalist – Mişa Vessel və Tomas Blom düşəcəklər. Liviya liderinin varidatı üçün casuslar, xüsusi təyinatlılar, siyasətçilər və ölkənin ən yüksək siyasi dairələrinin üzvü olan hər kəs uzun müddət “ov edib”...

"Qəddafinin irsi bir fitnə və şiddət hekayəsidir. Bu film dünyanın əksər hissəsini əhatə edəcək. Filmlərimiz keçmişin sirlərini gerçək faktlara əsaslanaraq açmaqla tanınır. Və bu yeni lent də istisna deyil" -deyə “Zinc Media Group” kompaniyasının direktoru Qrek Sanderson bildirib.

Bəzi məlumatlara görə, Qəddafi milyardları Cənubi Amerika banklarında gizlədib. Ancaq ölümündən sonra  həmin varidatın dəqiq taleyi bilinmir.
moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10