Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Toylar başlayır? - Restoranlara sifariş axını / VİDEO


Toylara icazənin verilməsi ilə bağlı son günlər bəzi millət vəkillərinin təkliflərindən sonra şadlıq evlərinə sifarişlər artıb. Toy etmək istəyənlər oktyabr və noyabr ayları üçün sıraya düzülüblər. Növbə üstündə əməlli başlı mübahisə düşür desək yalan olmaz. Bəs qiymət artımı gözlənilirmi?
Cenub.az Xəzər TV-yə istinadən xəbər verir ki, məhərrəmlikdən sonra toyların təşkilinə icazə veriləcəyi ilə bağlı yayılan xəbərlər vətəndaşlarda əməlli-başlı ümid yaradıb. Son günlər şadlıq evlərinə edilən zənglərin sayı və toy etmək üçün yazılan növbələr xeyli artıb.
Bəzi şadlıq evlərinin administratorları deyirlər ki, qiymət artımı da istisna olunmur. Amma artımın yüksək olmayacağı da bildirilir.
Mütəxəssislər hesab edirlər ki, əgər toylara icazə verilərsə, şadlıq evləri qiymət siyasətini düzgün qurmalıdırlar və bütün hallarda qiymət artımına imkan verməməlidirlər.
Ekspertin fikrincə, əgər şadlıq saraylarında qonaqların sayına məhdudiyyət tətbiq edilsə, bu, qiymətlərə müəyyən qədər təsir edə bilər.
Ekspert bildirib ki, şadlıq evlərinin sayı kifayət qədərdir. Qiymət siyasətini düzgün qurmayan şadlıq evi icazədən sonra müştəri itkisi ilə üzləşə bilər.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10