Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Liman şəhərində ər arvadını odlu silahla qətlə yetirib


Kişi bir müddət əvvəl həbsdən azad edilibmiş
 
Lənkəran rayonunun Liman şəhərinin Balıqçılar qəsəbəsində qətl hadisəsi baş verib. Cenub.az-ın xəbərinə görə, Lənkəran rayon sakini, bir müddət əvvəl azadlığa buraxılmış keçmiş məhkum, 1983-cü il təvəllüdlü Mais Abıyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Günay Abıyevanı yaşadıqları evdə odlu silahla qətlə yetirib.
 
Qətlə yetirilən Günay Abıyeva əslən Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəndir. O, ailə qurduqdan sonra Lənkəranın Liman şəhərinin Balıqçılar qəsəbəsinə köçüb. Ailənin iki övladı var. Faktla bağlı cinayət işi açılıb, Lənkəran Rayon Prokurorluğunda araşdırmalar aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10