Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ölümün bir addımlığından bank müdirliyinə gedən yol


Oxuyun, görün, təmizlik simvolu olan necə kişilər var imiş

Sovet dövründə yüksək vəzifə sahibi olub, lakin hökümətin, xalqın 1 manatına da tamah salmayan kişilər haqqında onlarla nümunə var.  Biz vaxti ilə belələrindən biri – 5 rayona rəhbərlik etmiş Zəbi Qulyev haqqında geniş yazı çap etmişdik.

Bu gün isə həmin saflardan daha biri, 1898-ci ildə Bədalan ərazisinin Dəmirçi kəndində anadan olmuş Mikayılov Cəbrayıl İsmayıl oğlu haqqında söhbət açmaq istəyirik.

Öncə xatırladaq ki,  bu adam haqqında ortada olduqca az məlumat var. Cəbrayıl kişinin yaxın qohumlarının da çoxu sağ olmadığı üçün onlardan nəsə öyrınmək mümkünsüz oldu. Hələlik, hörmətli müəllim Asif Abbaszadənin kəndin yaşlı sakinlərindən öyrəndiklərini sizə təqdim edirik.

Atası Mikayıl kişi

Cəbrayılın atası Mikayıl kişi dövrünün çox imkanlı şəxslərindən sayılıb  və onun geniş torpaq sahəsi olub. Mikayıl kişi hələ sağlığında həmin torpaqqları iki oğlu – Məmmədəli və Cəbrayıl arasında bölübmüş.


Mikayıl kişinin böyük oğlu, Cəbrayılın böyük qardaşı Məmmədəli ( 1892 - 7. 5 .1965 )  niyə öz oğluna Məmmədəmin adı qoyub?

 

Cəbrayıl kişinin böyük qardaşı Məmmədəli kişi də o dövrün tanınmışlarından olub.

Bu şəxsin Məmmədəmin Rəsulzadə ilə möhkəm dostluq əlaqəsi  var imiş. Elə ona görə də öz oğlanlarının birinə Məmmədəminin adını qoymuşdur. 

Böyük qardaş olan  Məmmədləinin atası tərəndən bağışlanmış geniş torpaq  payında oğlu Maqsudun nəvələri özlərinə  bir neçə ev tikib. 


Cəbrayıl kişinin tanınmış qayınatası


Mikayılın 2-ci oğlu, yazımızın qəhrəmanı Cəbraıl kişi həmin dövrünün tanınmış şəxsiyyətlərindən biri olan həmkəndlisi Mirzə İsa Tağıyevin ( 1870 - 1928 ) böyük qızı XƏDİCƏ xanımla ailə həyatı qurur. 

Hansı ki, bu Mirzə İsa bəy  Astaradan Biləsuvaradək olan əraziyə nəzarət edən polis idarəsinə başçılıq edirmiş, həmin ərazilərdəki  kəndxudaların fəaliyyətini tənzimləyirmiş

Cəbrayıl kişi ailə qurandan bir müddət sonra ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Onların TACI adında bir qız övladları olmuşdür. 

Onu da xatırladaq ki, 2 ay əvvəl, təxminən may ayının sonlarında  TACInın ESMİRA adında qızı babası CƏBRAYILın məzarını ziyarət etmək üçün DƏMİİ kənd qəbristanlığında gəlib. Esmira xanım qəbirstanlıqda olarkən kəndin mollası Kərbəlayi Nəsir onunla rastlaşıb və  kim olması ilə maraqlanıb.  Məlum olub ki, bu qız İxtisasca həkimdir. Esmira xanım söhbət zamanı ağsaqqala deyib ki, mən bundan sonra vaxtaşırı gəlib babamın məzarını ziyarət edəcəyəm. Bu qızın tanınmış siyasi xadim, vaxti ilə Bakı rayonlarınınn birinə rəhbərlik etmiş, yardımlılı,  Qarabağ üzərində vurulmuş helekopterdə həlak olmuş Vəli Məmmədovun gəlini olduğu bildirilir.


Cəbrayıl kişinin ömür yolu


Kənd sakinlərinin dediklənlərə görə CƏBRAYIL kişi təqribən 1930 -1950- ci illərdə Respublika Dövlət Təhlükəsizlik Xidmətində məsul vəzifədə  çalışıbr. O, BAKIda yaşadığından kəndlə əlaqəsi çox olmamışdır 

Ona görə də kənd sakinlərinin onun haqqında məlumarı kifayət qədər də ətraflı deyil. Məhz ona görə də ata yurdundan ona  atadan miras qalmış torpaq sahəsində sahibsiz ərazi kimi  sovet dövründə  kolxoz tərəfindən TUT bağı salınmışdır. Asif Abbaszadə deyir ki, Həmin kəndin sakini kimi uşaqlıq illərimdə BABASER kəndində yaşayan ƏLİ babasıgilə gedərkən həmən tut bağının içi ilə get-gəl edərdim.

Həmin vaxtlar Babaser və Dəmirçi kəndlərinin yolu bu bağdan keçirmiş.

Sonralar həmin Tut bağı ləğv edilərək  SAHİBİ   olmadığı üçün həyatyanı şəklində kənd sakinləri arasında bölünmüşdür.


Cəbrayıl kişi 21 iyul 1972-ci ildə 74 yaşında dünyasını dəyişib və  cənazəsi Bakıdan gətirilərək doğulub boya başa çatdığı doğma DƏMİİ kənd qəbristanlığında dəfn olunmuşdur. 

Bura qədər Cəbrayıl kişinin tam olmayan fiziki tərcümeyi halı. Bəs onu tanıyan digər şəxslər nə deyir?

Zindanda Mircəfər Bağırovun otağına gətirilən Cəbrayıl kişiyə 1 gün sonra hansı vəzifə verildi?

Cəbrayıl kimşinin dostlarında biri onun haqqında lap hekayəyə bənzər bri tarixçə danışdı. Hazırda rəhbər vəzifədə çalışan bu şəxs adının bildirilməsinə istəməsə də, dediklərini Cəbrayıl kişinin öz dilindən eşitdiyini bildirdi.

Onun dedikilər:

-Cəbrayıl kişi danışırdı ki, xüsusi orqanlarda fəaliyyətini başa vurduqdan sonra onu düzgünlüyünə və saflığına görə  Lənkəranın indiki Liman şəhərindəki Taxıl Tədarükü Məntəqəsinə müdir təyin edirlə. Cəbrayıl kişi burada fəaliyyətə başlayanda görür ki, Taxıl Tədarükü Məntəqəsində oğurluq baş alıb gedir. O burada dəmir intizam yaradır. Onun qorxusundan işçilər heç corablarında belə məntəqədən taxıl çıxarda bilmirmi.

 Belə vəziyyət köhnə “qurdaları” qane etmir. Onlar Cəbrayıl kişiyə tor qurur, məntəqədə süni taxıl çatışmazlığı yaradır və yuxarı teleqram vururlar ki, bəs burada ciddi yeyinti var. Yoxlayıcılar gəlir və görürlər ki, məntəqədə  bir neçə ton taxıl əskikdir. Cəbrayıl kiçini dərhal həbs edirlər.

Onun güllənlənməsinə aid sənədi Azərbaycan KP MK-nın o vaxtkı 1-ci katibi Mircəfər Bağırovun qarşısına qoyanda o, imza etməyə tərəddüd edir. Cəbrayıl Mıkatılovun əvvəldən tanıdığından deyir ki, gedin, evində axtarış aparın, görün, bu oğurladıqlarından evindən nə nişanə var?

Yoxlayıcılar deyir ki, bu adam olduqca kasıb yaşayıb. Evində 2 stəkan, bir çarpayı, digər xırda-mırda əşyalar var.

Mircəfər Bağırov daha da şübhələnir. Onun tapşırığı ilə Təhlükəsizlik Komitəsinin bir işçisini fəhlə adı ilə həmin taxıl məntəqəsinə adi fəhlə kimi işə düzəldirlər.

Bu “fəhlə-KQB-nik” qısa müddətdə burada  böyük hörmət qazanır. Kiminn uşağını alı məktəbə düzəldir, ya imtan kəsirini həll edir, kiminin müalicəsinə, kimin həbsdən çıxmasına… yardımçı olur. Həm də imkan daxilində öyrənməyə çalışır ki, məntəqənin əvvəlki müdiri Cəbrayıl Mikayılovun əslində hansı günahı olub.

Bu şəxsə hədsiz inandıqları üçün deyirlər ki, Cəbrayıl Mikayılovla heç cür bacarmırdıq. Çox düz adam idi. Bunu şərləmək üçün  taxıl daşıyan vaqonlara 5 ton əvəzinə 5 ton 500, 5 ton 300 taxıl vurub, anbarda süni əskiklik yaratdıq. Sonra da yuxarıya teleqram vurduq ki, ay aman, gəlin, müdir taxılı oğurlayıb, anbarda taxıl çatmır. Gəldilər, yoxladılar, xeylə çatışmazlıq aşkar oldu. Müdiri də tutub apardılar. Yəqin gülləyəcəklər.

“Fəhlə-KQB” bunu öyrənən kimi dərhal Bakıya qayıdır. Hər şeyi olduğu kimi Mircəfər Bağırova danışırlar.

Mircəfər Bağırovun kabinetində

Səhəri günü onun Mircəfər Bağırovla görüşmək içün MK-ya aparırlar. O vaxtlar türmədən MK-ya aparılanlar çoxunun oradan meyiti çıxırdı. C. Mikayılovda MK binasına girəndə bərk qorxur. Elə bilir onu güllələyəcək. Elə qorxur ki, Mircəfər Bağırovun otağına girən ərəfədə qorxusundan təbi ehtiyacını saxlaya bilməyib, paltarını bulaşdırır. Yeriyə bilmir. Mühafizəçi onu təpiklə vurub içəri salır.

Mircəfər Bağırov bunun biabırçı durumuna baxıb, “otur” deyir. Mühafizəçilər çıxır.

Bağırov deyir ki, sən necə QB-niksən ki, səni fəhlələr aldadıb?

 Qısası, necə aldadığını ona başa salıb, xeyli danlayandan sonra deyir ki, indi səni aşağa aparıb çimizdirəcəklər. Sonra 1-ci katıblər üçün ayrılan kostyumlardan birinə geyindirəcəklər. Evə gedib, axşam dincəl. Sabahdan isə səni 26-lar rayonunun (indiki Sahil) Bankının müdiri təyin edirəm.

Müəllifdən: Bu barədə əlavə məlumatı olanlar redaksiya ilə əlqə saxlaya bilərlər.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10