Bu gün həmin gənc hərbi xidmətə yollanacaqdı.
Məlumata görə, nişanlı olan Habil Quliyev ali təhsilini yenicə bitiribmiş.
Hadisə dünən axşam saatlarında Lənkəranın Sütəmurdov kəndi ərazisində istirahət mərkəzinin birinin yaxınlığında dənizin nəzarət olunmayan hissəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 22 yaşlı Habil Quliyev həmyerliləri ilə birlikdə dənizə istirahət etməyə gəlibmiş. Dənizin mühafizə olunmayan hissəsində ehtiyatsızlıqdan gənc suda batıb. Bir saatlıq axtarışdan sonra cəsədi ləpələr sahilə çıxarıb.
Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Məlumata görə, nişanlı olan Habil Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.