Akademikin “Təzadlar” qəzetinə söylədikləri gurultulu və skandal dolu bir prosesin başlanğıcına anons kimi qiymətləndirilirdi. Çünki Mehdiyevin həmin açıqlamasında konkret olaraq hədə varıydı.
Sitat: “Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər.
Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".
Sosial mediada və elektron KİV-də bütün günü dolaşan, təkzib edilməyən bu açıqlama barədə yalnız axşam saatlarında AMEA-dan reaksiya verildi.
Akademiyanın mətbuat xidmətinin yarıtəsdiq, yarıtəkzib açıqlamasında R.Mehdiyevin “Təzadlar” qəzetinə müsahibə vermədiyi bildirilirdi. Daha doğrusu, AMEA prezidentinin ona zəng edən jurnalistə bir neçə cümləlik cavab verdiyi söylənirdi.
“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb.
Eyni zamanda, o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb", - deyə AMEA-nın açıqlamasında qeyd olunub.
Çox çəkmədi ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili feysbuk hesabında baş verənlərə aydınlıq gətirdi.
Onun sözlərinə görə, məlumatdan da göründüyü kimi, R.Mehdiyevin “Təzadlar”ın əməkdaşı ilə söhbəti inkar edilmir, hətta söhbət əsnasında akademikin bəzi şəxslərlə bağlı söylədiyi ittiham və məlumatları məlum yazıda qeyd edilməyib.
A.Mərzili açıqlamasında isə əlavə edib ki, R.Mehdiyevlə 15-20 dəqiqə telefonla danışıq baş tutub: “Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng elədi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil.
“Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki".
A.Mərzili bildirib ki, bütün hallarda müsahibə vədi qüvvəsində qalır və baş tutmalıdır: “Hətta özü müsahibənin bir həftə-on gün sonra olmasını istəmişdi. Biz israr edincə, gələn həftəyə razılaşdırdıq. Ümid edirəm ki, müsahibə gerçəkləşəcək və biz öz suallarımıza cavab tapacağıq”.
Maraqlıdır ki, R.Mehdiyev niyə geri dönüş etdi, nə üçün jurnalistlə söhbət haqda AMEA tərəfindən yarıtəsdiq, yarıtəkzib açıqlama yayıldı?
Akademik doğrudanmı müsahibə verəcək və ölkəni silkələyən faktlarla çıxış edəcək? Prezident Administrasiyasının sabiq rəhbərində hansı faktlar ola bilər ki, aləm bir-birinə dəyər, kimlərsə ölkədən qaçar?
Yoxsa bu, ahıl akademikin hikkəli hədə-qorxu anonsu, onu tənqid edənləri həyəcanlandırmaq cəhdidir?
Böyük siyasi təcrübəyə malik olan Mehdiyevin ölkəni qarışdıracaq açıqlamalar verəcəyi, açıq savaşa keçəcəyi inandırıcı görünürmü?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, R.Mehdiyev ölkədə ən məlumatlı azsaylı şəxslərdən biridir.
Partiya sədri hesab edir ki, bununla belə akademik özü konkret kim haqda və hansı xarakterdə məlumatı olduğunu açıqladıqdan sonra bilmək mümkündür.
“Görünür ki, o, üstüörtülü şəkildə özünə qarşı kampaniyanın qarşısında konkret mərkəz dayandığını düşünür.
Onun bu açıqlamalarının da ayrı-ayrı şəxslərə yox, onların arxasında dayanan mərkəzə mesaj olduğunu ehtimal edirəm.
Yəni Mehdiyev zənn edir ki, söylədiklərini həmin mərkəz xəbərdarlıq kimi qəbul edəcək", - müsahibimiz qeyd etdi.
S.Əkbərin sözlərinə görə, cəmiyyət və siyasi dairələr prosesi maraqla izləyir: “Hələlik dövlət və hökumət başçıları səviyyəsində bu məsələlərə münasibət bildirilmir. Amma necə olur ki, uzun müddət PA rəhbəri olan, yüksək orden-medallarla təltif edilən, hazırda AMEA prezidenti vəzifəsini tutan şəxsə qarşı bu ittihamlar səslənir, amma cavab verilmir.
Belə məlum olur ki, hakimiyyət Mehdiyevin linç edilməsində maraqlıdır, öz xoşu ilə getməsini istəyir. Amma müqavimət göstərməkdədir".
S.Əkbər hesab edir ki, əgər R.Mehdiyev müqavimət göstərməyə qərar veribsə, deməli, həm ölkə içində, həm xaricdə arxalandığı güc mərkəzləri var: “Hakimiyyət ən yüksək səviyyədə bu məsələlərə mövqe qoymayınca, Mehdiyev tutduğu vəzifədən azad edilməyincə, barəsindəki ittihamlar doğrudursa, araşdırma aparılmasına başlanmayınca bu məsələlər uzanacaq. Üstəlik, Mehdiyev təcrübəli ”döyüşçü"dür və intriqalarda uduzacağını fikirləşmir".
Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov modern.az-a deyib ki, Mehdiyevin hər yeni açıqlaması onu daha da pis vəziyyətə qoyur: “Şübhə etmirəm ki, vaxtilə ona xidmət edən, yaxın olan bəzi adamlar indi Ramiz Mehdiyevə qarşı çıxıblar. Onlar da öz sözlərini söyləyirlər. Ramiz Mehdiyevin bəyanatından sonra sual yaranır: əgər sən bilirdinsə, bu adamların belə günahları var, əlində olan materialları açsan bunlar ölkədən qaçarlar, o zaman niyə zamanında bunlara himayədarlıq edirdin?
Bu qədər nankorluq etdiklərini bilə-bilə niyə onları qoruyurdun, önə çəkirdin, öz ətrafına yığırdın?!"
E.Namazovun fikrincə, R.Mehdiyev hər şeyə hazır olmalı idi: “Deməli, nankor tipli insanlardan öz məqsədlərin üçün istifadə etməyə çalışırdın. Axı başqasına dönük çıxanları ətrafınıza yığanda bir gün onların sizə də dönük çıxacağını bilməliydiniz”.
Deputat Fəzail Ağamalı isə yenicag.az-a deyib ki, Mehdiyevin susmamasının arxasında hansısa məkrli niyyət dayanır.
F.Ağamalı dedi ki, həyatı və fəaliyyəti hər zaman şəffaf olub: “Nə dövlətimə, nə də xalqıma xəyanət etmişəm. Fəaliyyətim xalqın gözü önündədir. Mehdiyevin dediyi sözlərin mənə qətiyyən aidiyyəti yoxdur. Əgər məhkəməyə vermək istəyirsə, bu, onun hüququdur, verə bilər”.
Deputat hesab edir ki, R.Mehdiyev Azərbaycan xalqında ona qarşı dərin nifrət yarandığını qəbul etmək istəmir.
“Baxın, Ramiz Mehdiyev qanunu pozduğuna görə dövlətdən, xalqdan üzr istəmək əvəzinə, yenə də millət vəkilləri ilə jurnalistlərin üstünə gedir. O ya ağlını itirib, ya da şüurlu şəkildə ölkəni qarışdırmaq istəyir. Onun çox pis niyyəti var", - deyə F.Ağamalı vurğulayıb.
Onun fikrincə, hüquq-mühafizə orqanları Mehdiyevin keçmiş əməllərini tam şəkildə üzə çıxarmalıdırlar. F.Ağamalı bildirib ki, Mehdiyev bu cür danışmaqla, hər kəsi hədələməklə, özünə qarşı güzəşt limitini tükəndirir: “Xaricə gedərək, oradan Azərbaycana, dövlətçiliyə, ölkə rəhbərliyinə və onun ailəsinə qarşı şər, böhtan, əxlaqdan kənar fikirlər səsləndirənləri də məhz Mehdiyev kurasiya edir.
Qurban Məmmədov və digərləri ölkəyə gətirildikdən sonra bir çox məsələlərin üstü açılacaq. İndi söz hüquq-mühafizə orqanlarınındır".
Demokrat.az