Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənab nazir, sizn tapşırığınıza əsasən Qərənfil Əhmədova sement pulu yığır?


Son günlər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova ilə bağlı qalmaqal səngimək bilmir.

Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, RTŞ-nin müdiri Q. Əhmədovanın əməlləri olduqca cinayət xarakterlidir. Çəkinmədən bütün tədbirlərdə məktəb direktorlardan müəyyən adlar altında pul tələb etdiyi açıq aydın müşahidə etmək elə də müşkül məsələ deyil. Kimdir Q. Əhmədovaya havadarlıq edən? Kimdir ona bu şəraiti yaradan? Axı, nə üçün gələcəyimizin başı üzərində rüşvətlər dövür etsin?

Dəfələrlə ölkə başçısı cənab İlham Əliyevin rüşvət və korrupsiyaya qarşı apardığı amansız mübarizənin şahidi olduq. Bir neçə icra başçısı və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halları və vətəndaşlardan rüşvət tələb etdikləri faktı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ifşa edilmişdir. Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, baş verən hadisələrdən məlumatlı olan TŞ-nin müdiri Q. Əhmədova rayon təhsilini bazara çevirib.


Ona havadarlıq edənlər isə Təhsil Nazirliyində DNŞ-nin əməkdaşları və zona üzrə kurator Əhliyyət Adığözəlov və Cəlilabad RİH başçısı Namik Zeynalovdur. Mənbəmiz daha sonra əlavə edir ki, saytımızda dərc edilən tənqidi yazılara görə, Q. Əhmədova “mən etdirmişəm, belə yaxşı etmişəm. Bundan sonrada əlimdən gələni edəcəm” deməklə heç kimdən çəkinmədiyini açıq bəyan edib. Məlumat üçün bildirək ki, Təhsil Naziri Emin Əmrullayevə Cəlilabad təhsili ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verilir. Güya, sosial şəbəkədə yayımlanan səs yazıları və digər tənqidi məqalələr əsassızdır.

Dosye.org olaraq cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, rayon təhsili Qərənfil Əhmədova tərəfindən məhv edilir və təhsilimiz istismar olunur. Bir sözlə, gələcəyimiz şəxsi maraqlara qurban verilib. Lakin gənc nazirimizin belə bir acınacaqlı hallara susması olduqca maraqlı məqamlardan sayılır. Sizə təqdim etdiyimiz səs yazısından da aydın görünür ki, Q. Əhmədova məktəb direktorlardan rüşvət tələb edir. Bəzi məktəb direktorları isə “ölü canların” hesabına şöbə müdirinin tələb etdiyi haqqı ödəyə bilir. Bu istiqamətdə araşdırmalarımız davam edir…dosye.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10