Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Mənə bir gündə neçə dəfə təcavüz edirdilər" - TÜKÜRPƏDƏN MÜSAHİBƏ - VİDEO


Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib
Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı olan Ramal Hüseynov SMG Media ilə birgə yeni sosial layihə başladıb.
Dalan 18+ adlı layihə faciəvi həyat yaşamış insanların təsirli və ağır həyat hekayələrini izləyicilərə çatdırır. Silsilə buraxılışlardan ibarət bu layihədə insan alveri, qadın haqları, məişət zorakılığı, gender problemləri, uşaqlara qarşı cinsi zorakılıq, psixoloji və digər zorakılıq növlərini yaşamış insanların real hekayələri onların öz dilindən nəql olunur.
Ramal Hüseynov layihə haqqında fikirlərini bölüşərkən bildirib ki, bu həyat hekayələrini olduğu kimi təqdim etməkdə əsas məqsədimiz cəmiyyətimizdəki çox insanların xəbərsiz olduğu problemləri real şəxslər üzərində göstərmək və nəticə çıxarmağı onların özünə buraxmaqdır. “Biz bu həqiqətləri heç bir mübaliğəsiz, təhrif, tənqid və təbliğ etmədən ictimaiyyətə çatdırmaqla valideynlərə, gənclərimizə, ümumilikdə cəmiyyətimizə bir həyəcan təbili çalırıq. Onları daha diqqətli olmağa, bu hekayələrdən düzgün nəticə çıxarmağa çağırırıq.”, – deyə aparıcı sözlərinə əlavə edib. O, həmçinin, oxşar həyat hekayələrini yaşamış insanlara səslənərək onları yaşadıqları hadisələri istər anonim, istərsə də açıq şəkildə  bölüşməyə dəvət edib. “Bu halların heç birinə laqeyid yanaşmaq olmaz. Nə qədər çox insan bu barədə məlumatlansa, onların həllini birgə daha rahat tapmaq olar”.
Qeyd edək ki, Dalan 18+ layihəsinin ilk buraxılışında insan alverinin faciəvi qurbanı olmuş bir qadın öz yaşadıqlarını bütün incəlikləri ilə bölüşüb. Biz də həmin videonu izləyicilərimizlə bölüşürük.

 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10