Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənov Klivlendə gedir – Özü açıqlama yaydı


Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinə getmək istəyir.
Cenub.az xəbər verir ki, bu haqda o özü məlumat yayıb. Bildirib ki, o ölkədən qaçmayıb, sadəcə müalicə olunur. Hətta bu haqda prezidentə məlumat verdiyini də qeyd edib:
“Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzəra alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm.
Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10