Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Rayonlarda həkim çatışmazlığı var” - Deputat


“Təklif edirəm ki, rayonlarda işləmək istəyən tələbələr üçün Azərbaycan Tibb Universitetində təhsil pulsuz olsun”.
Cenub.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, təhsilini başa vurub rayonda işləmək istəyənlərə şərait yaradılmalıdır: “Rayonlarda həkimlərlə bağlı müəyyən çatışmazlıqlar var. Regionda həkimlərin sayının artırılması üçün addım atmasaq inanın ki, əhalinin paytaxta köçü daha da artacaq”.
/unikal.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10