Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Çopur Ramiz” və cinayətkar şəbəkəsi ifşa edilib - FOTOLAR


Zaqatalada  narkobarona qarşı əməliyyat keçirilib
 
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanına, rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb.
 
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər,  “Çopur Ramiz”in yaxınları- əvvəllər oğurluğa görə, məhkum olunmuş  Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.  Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Fotoları təqdim edirik
   Müəllif: Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10