Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daha bir vəzifəli şəxs barəsində cinayət işi açıldı


Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
 
Cenub.az-ın məlumatına görə, Lənkəran rayon prokurorluğundan bildirilib ki, həmin tədbirlərdən biri kimi, Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.
 
Araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cumlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (publika.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10